Türkiyə nüvə silahına sahib olacaqmı? - Ekspert şərhi
20-01-2021, 12:32
32

Türkiyə nüvə silahına sahib olacaqmı? - Ekspert şərhi

Yaxın illərdə Türkiyə nüvə dövləti ola bilər. İsrailli analitik Yakov Kedminin sözlərinə görə, əgər bu baş verərsə, ölkəsi buna etiraz etməyəcək: “Çünki, biz istəsək də, istəməsək də, XXI əsrdə nüvə silahı ümumi silahlanma konsepsiyasının başlıca elementlərindən birinə çevrilir”.
“Moskovskiy Komsomolets” nəşrinin türk versiyasının baş redaktoru, Türkiyə üzrə ekspert Yaşar Niyazbayev Media.Az-la söhbət zamanı bildirib ki, Türkiyənin nüvə silahına sahib olma istəyi anlaşılandır. Belə ki, Türkiyə nüvə dövlətləri olan Rusiya və İsraillə qonşudur. İranın da yaxın gələcəkdə bu silaha sahib olması ehtimalı real görünür:
“Maraqlıdır ki, Türkiyənin nüvə silahına sahib olması mövzusu Rusiya media məkanında fəal müzakirə olunur. Bu yaxınlarda auditoriyası Türkiyəyə qarşı xüsusi rəğbət bəsləməyən populyar teleqram kanallarının birində sorğu keçirilib. “Türkiyə nə vaxt nüvə silahına sahib olacaq?” sualına oxucuların 63 faizi 1-5 il ərzində, deyə cavab veriblər”.
Y.Niyazbayevin sözlərinə görə, hələ 2019-cu ilin sentyabrında Prezident R.T.Ərdoğan “Kimdəsə nüvə silahı var, amma bizdə yoxdur. Bu qəbuledilməzdir”, - deyə bəyan edib. Bu çox vacib bir bəyanatdır.
“Azərbaycan üçün qələbə ilə nəticələnən İkinci Qarabağ müharibəsinin təcrübəsi belə deməyə əsas verir ki, nüvə Türkiyəsi rəsmi Bakı üçün müsbət hal olacaq. Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyi heç kim üçün sirr deyil. Türkiyənin öz maraqları üçün də bu vacibdir. Çünki qonşu ölkələrdən bir neçəsi artıq bu silaha sahibdir. Fikrimcə, Cənubi Qafqazdan fərqli olaraq, Yaxın Şərq regionunda Türkiyə daha çox müşahidəçi qismində çıxış edəcək. Lakin nüvə silahına sahiblənmək istənilən danışıqlarda onun mövqeyinin güclənməsinə səbəb olacaq”, - deyə ekspert bildirib.

Oxşar xəbərlər

Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış
İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək - Netanyahu
40 il sonra üzə çıxan sirlə bağlı ŞOK FAKTLAR - ABŞ yəhudi dövlətinin əməllərini niyə gizlətdi?
Trampdan şok etiraf: Türkiyədəki nüvə silahlarımız…
Üç ölkə İrana xəbərdarlıq edib
Lavrovla Zərif Qarabağı müzakirə etdi
Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı
Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub
Ermənistanda daha bir təhlükəli çağırış: Atom silahı yaradılsın!
Türkiyə hərbçilərinin Dağlıq Qarabağda qalacağı müddət açıqlandı
Türkiyənin 6 nüvə alimi necə öldürüldü? – Şok
İran dünyaya meydan oxuyur
Ərdoğan: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ...
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani
"Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” - Akar
“Türklərin gəlişi ilə rus sülhməramlılarının işi çətinləşəcək” - Rusiyalı ekspert
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
“ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur” - Ərdoğan
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
İran ABŞ qarşısında şərt qoydu - Zərif açıqladı
F-16 məsələsi Rusiya və İrana mesaj idi... - Politoloq
Ərdoğan Qarabağdan danışdı: Türkiyənin apardığı mübarizədə...
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?