Liviyada həbsdə olan azərbaycanlılar Vətənə qaytarıldılar
21-01-2021, 12:22
57

Liviyada həbsdə olan azərbaycanlılar Vətənə qaytarıldılar

Liviya dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev yanvarın 21-də Vətənə qaytarılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatlara görə, 2016-cı ilin mart ayında Türkiyədə qeydiyyatda olan şirkətə məxsus və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə beş il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəminin matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.
“Həbsdə olan vətəndaşlarımızın - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.
Vətəndaşlarımızın təcili təxliyyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə Vətənə geri qayıtması mümkün olub. Təxliyyə prosesi Türkiyə Respublikası və Liviya dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”, - deyə XİN-dən bildirilib.

Oxşar xəbərlər

Azərbaycanlı dənizçinin olduğu gəmi Liviyada girov götürüldü
Həbsdə olan sabiq rəis ev dustaqlığına çıxmaq üçün vəsatət verib
Türkiyədə turistlərlə dolu gəmi batdı
Liviya hökuməti qiyamçıların məğlub olduğunu elan edib
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
Nərminin qətlində günahlandırılan İlkinlə bağlı qərar
“Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi
İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var
BMT xəbərdarlıq edib: Liviya humanitar fəlakət astanasındadır
"Suriya, Liviya, Ukrayna konfliktlərini həll edə bilməyib" - Trampın Qarabağla bağlı açıqlamasına Rusiyadan SƏRT REAKSİYA
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Daha 400 Azərbaycan vətəndaşı vətənə qayıdıb
Rusiyanın səfiri öldü
Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
Məşhur gəminin kapitanı vəfat etdi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
2,5 milyon manata Malta vətəndaşlığı alan azərbaycanlılar - ARAŞDIRMA
Məşhur “qanuni oğru” mübahisə yaratdı – Təyyarənin uçuşu dayandırıldı
Şəhid olduğu deyilən lənkəranlı hərbi qulluqçu sağdır - FOTO
"Azərbaycanın səfərbərlik resursları Ermənistandan dəfələrlə çoxdur"
XİN-in həbsdəki sabiq idarə rəisi ev dustaqlığına BURAXILDI (Yenilənib)
Nazirlər Kabineti vaksinlə bağlı məlumat yaydı
"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!
XİN xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
Eldar Həsənov apellyasiya şikayəti verib
Navalnı 30 sutka həbs EDİLDİ
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi