Türkiyədə yaşayan azərbaycanlı müəllimdən ürək ağrıdan məktub
21-01-2021, 13:15
47

Türkiyədə yaşayan azərbaycanlı müəllimdən ürək ağrıdan məktub

Türkiyədə yaşayan müəllimə Elnarə Fətullayeva redaksiyamıza qardaş ölkəyə çörək ardınca gedən Azərbaycan vətəndaşlarının çətin durumundan, övladlarının təhsilsiz qalmasından bəhs edən məktub yazıb. 
Elnarə xanımın fikirlərini təqdim edirik:

“Adım rəsmi sənədlərdə Elnarə Fətullayevadır. Müəllim dostlar arasında Fətullazadəyəm, anamsa Elnaş deyir. İndi yaşadıgım İstanbulda Narə hocam isə mənə öyretmən, hukukçu hanım deyir. 
Adımızı biz dünyaya gələndə ailəmiz seçir, bizə qalan da o adı daha dəyərli etmək, cəmiyyətə, insanlığa daha yararlı olmaqdır. 
Bu il 17-ci ilidir bu şərəfli peşədəyəm. Bu haqda çox danışmaq olar. Deyərdim ki, 17 ildir mənasız yaşamıram.
Niyə bunları yazıram? Çünki İstanbulda yaşamağa başladıqca peşəmin nə qədər dəyərli olduğunu bir daha anladım. Bura gələndə fikrimdə tək o vardı ki, Azərbaycan qadınlarına hüquqi yardımlar edim. 
Dəyərli xanım Aygün Həsənoğlu ilə, Məhsəti Şəriflə tanışlıq isə məndə yenidən öz müqəddəs peşəmdən ayrıla bilməyəcəyim hissini oyatdı. Dünyada hansı peşədə olursan-ol, müəllim dogulmaq kimi bir məsələ var. 
Bu dəyərli xanımlar burda azərbaycanlı uşaqların təhsil alması üçün çox çalışırlar! 
Bilirsinizmi, İstanbulda oxuyub-yaza bilməyən iki nəsil azərbaycanlılar var. Sənədləri düz olmayan azərbaycanlılar işləyir. Bir qarın çörək üçün, ailəni saxlayıb kirayəni ödəmək üçün ömür sürən azərbaycanlılarımız... 
Başqa ölkədə yaşayış çox çətin olur, inanın. Belə çətin vəziyyətdə yaşayan insanların balaları məktəblərə getmir. Yox, evdə də qalıb oyun oynamır, uşaqlıqlarını yaşamır, ümumiyyətlə uşaqlıq nədir, bilmirlər. Onlar oxuma-yazma bilmədən burda zirzəmilərdə yerləşən tikiş sexlərində işləyirlər. Ata-analarına kömək edirlər bu çətin dolanışığın öhdəsindən gəlmək üçün. Onlar da başqa uşaqlar kimi səhərlər yuxudan ayılırlar, ancaq məktəbə deyil, analarının yanında işə gedirlər. Qayğılarla böyümüş çox böyuk balaca insanlar... 
Geyindiyiniz bir çox türk geyimlərinin etiketləri bizim bu körpələrin əlləri ilə vurulur. Onların işləmək hüququ yoxdur, bilirik, onlar sadəcə, valideynlərinə kömək edirlər. Oxuyub-yaza bilməyən bu iki nəslin nümayəndələrinin bir neçəsi ilə söhbətləşmişəm. 
“Müəllimə, mən yazıb-oxumaq bilmirəm. Qızımın 8 yaşı var, o da  bilmir...” – deyirlər. 
Gəlin, oxumaq-yazmaq bilməyən üçüncü nəsil yetişdirməyək...  
Gəlin, birləşək, dəstək olaq bir-birimizə, oxuyub-yaza bilməyən balalarımız qalmasın. 21-ci əsrdir, bu əsrdə savadsız azərbaycanlı olmasın!
Atatürkün söylədiyi kimi: “Gənclik biz müəllimlərin əsəridir. Əsərimiz çirkin olmasın”.
Uşaq yoxdur, insan var, həmişə deyirəm. Cəmiyyətə dəyərli insanlar yetişdirək.
Həyatda onların da ailəsinin ona  verdiyi, o adı daha da dəyərli etsinlər.
Hə, bu işdə pul-para yoxdur deyirsənsə, onda bir zəhmət çək, müəllim işləmə! Bizim işimiz vicdan məsələsidir, bizim zəhmət pulla ölçülməz..."

Oxşar xəbərlər

Ermənilər Türkiyədən İrəvana qaçır -  “Məğlub oluruq”
Elnarə müğənni həmkarlarına səsləndi: “Həddimizi aşmayaq!“
Əməkdar artist aparıcıya Şuşadan hədiyyə gətirdi - Video
Nəvə nənəsi ilə babasını barışdırmaq üçün dövlətdən yardım istədi - Türkiyədə (FOTO)
Harınlamış İcra Başçısının müavini
BNA əhaliyə müraciət etdi: “Diqqətli olaq!“
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
Professor Kamran Əliyev vəfat etdi
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirdi
Əhməd Cavadın nəvəsi Ərdoğana təşəkkür etdi
Azərbaycan əsgəri ilə erməninin dialoqu – Video
Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO
Heydər Əliyevi Mingəçevirdə qarşılayan 82 yaşlı sakin... - VİDEO
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Türkiyədə məşhur Çora məbədi məscidə çevriləcək - FOTO
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
Benzinin qiyməti düşəcək - 9 qəpik
Dizelin qiyməti düşəcək - 7 qəpik
Elnarə Abdullayeva karantin qaydaların pozdu - Bölməyə aparıldı
“Oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin...”
Rəzilliyin son həddi: Bakıdan əsgərlərə göndərilən yardım Ağsuda piştaxtaya çıxdı - Foto
Hulusi Akardan ermənilərin Hadrutdakı təxribatı ilə bağlı AÇIQLAMA
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
Azərbaycanda koronavirus xəstələrinə verilən dərman saxtadır? – Şirkətdən ŞOK İDDİA
Təhsil Nazirliyinin əməkdaşı şəhid olub
Lotu Quli Türkiyədə qətlə yetirildi - Dostu başına 4 güllə vurdu
Əməkdar artist onu tənqid edən jurnalistə hücum etdi