Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR
4-05-2020, 17:30
219

Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR

Hazırda dünyada koronavirusa yoluxanların sayı 3 milyon 568 min 217, ölü sayı isə 248 347 nəfər çatıb. Koronavirus pandemiyasının yayılma tempi yavaş-yavaş azaldıqca, ayrı-ayrı ölkələr sərt karantin rejimini mərhələli şəkildə yumşaltmağa başlayıb.
 
Modern.az Azərbaycan da daxil olmaqla karantin rejimi yumşaldan ölkələrin siyahısını təqdim edir.  
 
Koronavirusun ən çox yayıldığı ABŞ-da mayın 4-dən etibarən 25 ştatda karantin qaydaları yumşaldılır. Məsələn, Texas ştatında restoran, ticarət mərkəzlərinin açılmasına icazə verilib. Karantin qaydalarının yumşaldılmasında növbəti mərhələ mayın 18-nə müəyyən olunub.
Amma bəzi ştatlarda karantinin sərt qaydaları qüvvədə qalır. Kaliforniyada zərurət olamdan evdən çölə çıxmaq qadağası mayın 18-nə, Nyu-Yorkda isə mayın 31-nə qədər uzadılıb.
Karantin qaydalarının yumşaldılması həmin ştatların qubernatorlarının qərarından asılıdır. Prezident Tramp yayın sonlarına qədər, pandemiyanın ən ağır mərhələsinin geridə qalacağını deyib. O, əhalini sosial məsafə gözləməyə çağırıb.
 
Pandemiyanın ən ağır fəsadlar törətdiyi İtaliyada isə mayın 3-də sərt karantin tədbirlərinin vaxtı bitir. Mayın 4-dən başlayaraq ölkədə parklar və idman meydançaları açılacaq. Tikinti işləri və topdan satış mərkəzləri də 1 metrlik sosial məsafə saxlamaq və maskadan isitfadə etmək şərti ilə işinə başlayır. Regionlar arasında səfərlər qadağa altında qalsa da, bayram və yas mərasimləri üçün istisnalar olacaq. Yas mərasiminə 15-dən artıq şəxs qatıla bilməz. Muzey və pərakəndə ticarət mərkəzləri mayın 18-dən, gözəllik salonları, bərbərxanalar və restoranlar isə iyunun 1-dən işinə başlayır.
 
Avropada COVİD-19-un əsas ocaqlarından sayılan İspaniyada isə mayın 2-dən başlayaraq əhaliyə idman etmək üçün çölə çıxmağa icazə verilib. Bundan başqa, 14 yaşa qədər uşaqlara gündüz 8-dən 10-a qədər küçəyə çıxmağa icazə verilib. İspaniya hökumətinin virusun yayılma tempindən asılı olaraq, mayın sonuna qədər karantin rejimini uzadacağı, iyunun ilk günlərindən isə karantini ləğv edəcəyi ehtimal olunur.
 
Fransada sərt karantin rejimi mayın 11-nə qədər uzadılıb. Həmin tarixdən etibarən məktəb, kollec və universitetlər yenidən açılacaq. Bar, restoran və kinoteatrların isə bağlı qalacağı gözlənilir.
 
Aprelin 20-dən karantin rejiminin yumşaldıöğı Almaniyada isə hökumət növbəti yumşalmanın mayın 6-dan sonra elan ediləcəyini açıqlayıb. Hazırda ölkədə sahəsi 800 kvadrat metrə qədər mağazaların açılmasına, yuxarı sinif şagirdləri üçün məktəblərin fəaliyyətə başlamasına icazə verilib.
 
Avropada vətəndaşların xaricə çıxışına icazə verən ilk ölkə Çexiyadır. Bu ölkədə aprelin 25-dən 2500 kvadrat metrə qədər sahəsi olan mağazaların açılmasına icazə verilib, fitnes mərkəzləri, kitabxana və kiləsələr açılıb. Mayın 11-dən isə iri ticarət mərzəkləri, barlar, restoranlar işinə başlayacaq. Çexiya hökuməti mayın 25-nə qədər əksər sənaye və təsərrüfat obyektlərini işə salmağı planlaşdırır.
 
Ermənistanda yüksək yoluxma tempi qalsa da, hökumət mayın 4-dən karantin qaydalarını yumşaldır. Ölkədə maqazinlər, restoranlar, gözəllik salonları və istehsal müəssisələri işinə başlayacaq. İri ticarət mərkəzləri, təhsil müəssisələri və ictiami nəqliyyat isə bərpa olunmayacaq.
 
Koronavirusa qalib gəlməyə yaxın olduğunu elan etmiş Cənubi Koreyada mayın 6-dan başlayaraq istehsal müəssisələri işə başlayacaq, kütləvi tədbirlərə icazə veriləcək.
 
İranda mayın 4-dən məscidlərin bərpası, 16 maydan isə məktəblərin açılması gözlənilir.

Oxşar xəbərlər

Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Belçikada mayın 4-dən evdən kənarda idman etməyə icazə veriləcək
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Boris Conson: “Mayın 11-dən karantin tədbirləri yüngülləşdirilə bilər”
Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
“Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
Gələn ay 6 gün İŞ OLMAYACAQ
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Adil Əliyev karantin qaydalarını pozan səlahiyyətli şəxslərdən danışdı
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ + VİDEO
Bakıda geyim problemi: Mağazalarda yaz paltarları yoxdur - FOTOREPORTAJ
Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...