Ermənipərəst konqresmenlər hərəkətə keçdi - ABŞ-dan Azərbaycan və Türkiyəni “cəzalandırmaq“ tələb olunur
23-01-2021, 09:55
53

Ermənipərəst konqresmenlər hərəkətə keçdi - ABŞ-dan Azərbaycan və Türkiyəni “cəzalandırmaq“ tələb olunur

"Erməni lobbisinin maliyələşdirdiyi amerikalı konqresmenlər fəallaşıblar. Görünür, Azərbaycanın müharibədə qələbə qazanması onların da yuxusuna haram qatıb. Amerika Senatının beynəlxalq əlaqələr komitəsinin sədri Robert Memendes yeni dövlət katibi Entoni Blinkini ermənilərin gələcək taleyi ilə bağlı sual yağışına tutub: 1. ABŞ Cənubi Qafqazdakı etnik erməniləri Azərbaycanın və Türkiyənin hücumlarından necə qoruya bilər? 2. ABŞ Minsk Qrupunda ermənilər maraqları naminə hansı işlər görə bilər? 3. Amerika təhlükəsizlik sahəsində Azərbaycana yardımı davam etdirməlidirmi?”.
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Entoni Blinkin ermənipərəst konqresmenin suallarına onun eşitmək istədiyi cavabları verib:
"Bu o demək deyil ki, yeni dövlət katibi Robert Menendesin istəklərini yerinə yetirəcək. Blinkin dövlət katibi postunda ilk gündən Senatın beynəlxalq əlaqələr komitəsinin sədri ilə münasibətlərini korlamaq istəmir. Blinkin dövlət katibi kimi Amerikanın maraqlarını düşünməlidir. Amerikanın maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığın davamını diqtə edir".
Politoloq bildirib ki, ikinci ermənipərəst konqresmen Adam Şifrin də “hərəkətə” keçib və Konqresin Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağırıb:
"Şifrin Türkiyənin bölgədəki rolunun azaldılması gərəkliyini də sözlərinə əlavə edib. Bu ermənipərəst konqresmenləri anladıq, üzərinə düşən işləri görürlər. Bəs bu illər ərzində ABŞ Konqresində bircə dənə də olsun konqresmenlə əlaqə qura bilmədik ki, o da Menendes kimi yeni dövlət katibinə bu sualları versin: 1. Amerika Avropaya qaz nəql edən və strateji müttəfiqimiz İsrailin dostu olan dünyəvi müsəlman ölkəsi olan Azərbaycana dəstəyini hansı şəkildə artıra bilər?; 2. Rusiyanın nəzatində olan Ermənistandan fərqli olaraq Azərbaycana təhlükəsizlik sahəsində yardımları artıra bilərikmi?”.

Oxşar xəbərlər

Belçika parlamenti də erməniləri məyus etdi
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Cozef Bayden Ermənistana kömək edəcəkmi? - AKTUAL
Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib
“ABŞ Azərbaycanın yanındadır” — Mayk Pompeo
Fransa XİN Senatın qərarına münasibət bildirib
Zəngəzur və Qafan Azərbaycana veriləcəkmi?
“Belarusda yeni prezident seçkisi keçirilməlidir” – ABŞ dövlət katibi
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
“İşğalçını öz adı ilə çağırmaq istəmirdilər” – İlham Əliyev
“Türkiyəni müharibəyə qoşmaq cəhdimiz alınmadı“ - Köçəryan
Kolumbiya Senatından Azərbaycana DƏSTƏK
Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində
Belçika parlamentindən ermənilərə zərbə
BMT baş katibi: “Virus nəzarətdən çıxıb”
Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır
Mayk Pompeodan Qarabağla bağlı ÇAĞIRIŞ
Ərdoğanın Azərbaycana səfəri başlayıb
“Dövlət 45 gündür hamımızı aldadır” - Ermənistanda etirazlar səngimir
Onların vəzifədən azad edilməsinin səbəbi açıqlanıb
"Rusiya Qarabağda hərbçilərinin sayını gizli şəkildə artırırsa..." - Politoloq
“Üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var” - Rusiyalı ekspert
Ərdoğanın Qarabağ mesajı: “Azərbaycana qarşı təxribat olsa...” - MÜSAHİBƏ
Hulusi Akarın mesajı: “Türk sülhməramlıları Qarabağda olmadan...”
Putinin son açıqlaması ermənilərə bu mesajı verir... - Politoloq
Türkiyə əsgəri gələn ay Qarabağda olacaq – Açıqlama
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb, aqrar bazarlar açılıb
“Paşinyan Yeni ilədək  istefaya gedəcək“ - Erməni politoloq
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT