Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərə pul vermədi
23-01-2021, 10:10
41

Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərə pul vermədi

İkinci Qarabağ müharibəsində iştirak etmiş ermənilər hökumət tərəfindən onlara verilməli olan pulun bu günə kimi ödənilməməsindən şikayətlənirlər.
 
Bu barədə “News.am” məlumat yayıb.
 
"Biz ön cəbhədən ötən ilin 30 noyabrında qayıtdıq. Pul kompensasiyasının verilməsi üçün bu günə kimi müxtəlif orqanlara müraciət edirik, amma bizə heç kim cavab vermir. Dekabrın 30-da Nazirlər Kabinetinə, bundan iki gün əvvəl isə Müdafiə Nazirliyinə müraciət etdik. Daha əvvəl komandanlığımıza müraciət olundu, amma yenə dəqiq cavab verilmədi”, - deyə Ermənistan ordusundan tərxis edilmiş hərbi qulluqçu David Ovannisyan bildirib.
 
O, qeyd edib ki, əsgər yoldaşları ilə Müdafiə Nazirliyinə gedib. “Bizi polkovnik Ara Arakelyan qəbul etdi, söz verdi ki, 30 dekabra qədər bütün ödənişlər ediləcək, amma bu olmadı. Mən yenidən Arakelyanla əlaqə saxladım, o bildirdi ki, problemdən xəbərdardır və bu barədə kimə lazımdırsa məlumat verib. Polkovnik dedi ki, məsələ hansısa sənədlərlə əlaqədardır”.
 
Ordudan tərxis edilənlər Ermənistanın baş nazirinin köməkçisi Nairi Sarkisyanla da əlaqə saxlayıblar. Nairi Sarkisyan bildirib ki, onların məsələsinin qısa zamanda həlli Yeni il bayramına görə baş tutmayacaq, hökumət bu məsələ ilə iş günləri başlanan kimi məşğul olacaq.
 
Yeni ilin birinci iş günündə ordudan tərxis edilən ermənilər general-mayor Vardan Avetisyanla görüşüblər. General-mayor bildirib ki, müvafiq komissiya bu məsələ ilə məşğul olur, məsələ növbəti həftə həllini tapacaq. Lakin erməni əsgərlərinə bu günə kimi pul verilməyib.

Oxşar xəbərlər

1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY
Erməni əsgərlərə gələn yardım belə satılır
Bayram günü tərxis edilən əsgər itkin düşüb - FOTO
Müdafiə Nazirliyi vətəndaşlara müraciət ETDİ
Ermənistanın Qarabağ müharibəsində itkilərinin sayı yenidən artıb
Ermənistanın müharibə itkilərinin sayı yenidən artdı
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
Ermənistanın müharibə itkilərinin sayı artır
Ermənistan MTX-nın polkovnik-leytenantı istefa verdi
Ovannisyan Ermənistan ordusunda keşişlərin döyüşdüyünü ETİRAF ETDİ - FOTOFAKT
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
İtkin düşən erməni əsgərin atası polislərə hücum etdi - VİDEO
Naməlum şəxslər Artsrun Ovannisyana hücum etdi
Paramparça olmuş Ermənistan ordusu cəbhədən çəkilir – Türk mediası
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Deputat gözləri tutulan qaziyə görə müraciət etdi
Paşinyanın Qarabağda döyüşməkdən imtina edən oğlu haradadır?
O da Vətən müharibəsində itkin düşüb... - Foto
Bu cür videoların paylaşılması düşmənlərimizin maraqlarına xidmət edir - Müdafiə Nazirliyi
Erməni xalqı Paşinyana 2 gün vaxt verdi: Cavab olmasa...
Ermənistanın müharibədəki itkilərinin sayı artdı
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar
“Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev
Əsgər valideynləri Ermənistan hökumətini küncə sıxıb
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Prezident onlara general rütbəsi verdi
Ovannisyan erməni əsgərlərin Qarabağdan qaçdığını təsdiqlədi
Siyasi motivlərlə həbs olunanlarla bağlı Prezidentə müracət hazırlandı
"Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi" - Dövlət başçısı
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”