Bu ölkənin paytaxtı tam qapanır
24-01-2021, 09:08
57

Bu ölkənin paytaxtı tam qapanır

Böyük Britaniyada mutasiya edən virusun qəfildən yayılması Norveç hakimiyyətini qəti tədbirlər görməyə məcbur edib.
Norveçin paytaxtı Oslo şəhərində mutasiya edən koronavirus epidemiyasının ardınca sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib.
Koronavirusun yeni Böyük Britaniya ştammı Oslo paytaxtı yaxınlığında Nordre Follo Norveç bələdiyyəsində yayılmağa başlayıb. Yerli hakimiyyət virusun bölgəyə necə düşdüyünü bilmədiyindən xüsusilə narahatdır. Təcili olaraq səlahiyyətlilər, Nordre Follo bələdiyyəsində ilk növbədə və indi də Osloda sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul ediblər.
Bütün bunlardan başqa, hökumətin qərarı ilə, zəruri ehtiyaclar siyahısına daxil olmayan bütün mağazalar bağlanacaq, insanların həm evdə, həm də açıq havada toplanması qadağan ediləcək, xüsusilə otaqlarda və qrup şəklində idmanla məşğul olmaq da qadağa olunacaq.
Qaydalar şənbə günü saat 12-dən etibarən qüvvəyə minir və yanvarın 31-dək qüvvədədir.
“Bu, yoluxma yolunu bilmədiyimiz Norveçdə virus ştammının yayılmasının ilk nümunəsidir”, - deyə Norveçin səhiyyə naziri Bent Xoye yerli jurnalistlərə verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, yeni tədbirlər pandemiyanın başlanmasından bəri Osloda ən sərt olaraq xarakterizə olunur. /Azərtac

Oxşar xəbərlər

Virusun yeni variantı daha sürətlə yayılır – Dünya səhiyyəsi şokda
ÜST COVID-19-un yeni növü ilə bağlı iclas çağırır
Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir
"Britaniya ştammı" daha 2 ölkədə aşkarlandı
Mutasiyaya uğramış koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
COVID-19-un yeni növü təhlükəli hesab edilmir
Türkiyədə evdən çıxmaq qadağası qüvvəyə mindi
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Avropanın bu ölkələrində koronavirusun yeni növü aşkarlandı
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Bu ölkədə sərt karantin rejimini qismən yumşaldır
Təhlükəli virus Çinə də çatdı
Koronavirus yoluxduruculuq qabiliyyətini nə zaman itirəcək? - Həkim rəyi
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Koronavirusun daha dəhşətli növü yayıldı
Baş nazirdən sərt karantin rejimi ilə bağlı QƏRAR
İtaliyada koronavirusun mutasiyaya uğramış növü yayılıb
Xüsusilə 65 yaşdan yuxarı şəxsləri evdən çıxmamağa çağırırıq - TƏBİB
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
“Pfizer” vaksini vurulan 23 nəfər öldü
Koronavirusun “Britaniya“ variantı Rusiyada da aşkar olundu
“Təhlükəli virus Azərbaycana da çata bilər“ - Xəbərdarlıq
“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda 20 yaşdan aşağı, 65-dən yuxarı şəxslərə qadağa qoyula bilər?
Norveçdə uşaq bağçaları fəaliyyətini bərpa etdi
Avtobuslarda və metroda ayaq üstə qalmaq qadağan ediləcək - Gürcüstanda
Sərt karantin hansı nəticələri verəcək?
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
İsraildə sabahdan məktəblər bağlanır
Yunanıstanda 3 həftəlik karantin elan olundu