“Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
28-01-2021, 09:28
34

“Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan

Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.
Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur.
Bizimyol.info xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: “Sevan gölünün (Göyçə - red.) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay – red.) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.
Petrosyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə səlahiyyəltəri böyük deyil. Buna görə nazir həm Ermənistanın Müdafiə Nazirliyinə, həm də Baş Nazir Aparatına müraciət edib.
Romanos Petrosyan nazir poztuna 2020-ci ilin iyulundə təyin olunub. 41 yaşlı siyasətçi buna qədər Kotayk vilayətinin qubernatoru vəzifəsini tuturdu. Petrosyan qubernator vəzifəsinə məhz 2018-ci il inqilabından sonra gətirilmişdi. O, nazir postunda keçirdiyi ilk günlərdə müsahibə zamanı Göyçə gölünün problemlərindən danışmışdı. Petrosyan su təsərrüfatından düzgün istifadə edilməməsi nəticəsində ciddi boşluqlar yarandığını demişdi.
Göyçə Cənubi Qafqazın ən böyük gölü sayılır. Göl dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşir. Göyçə sönmüş vulkanlarla əhatə olunub, sahəsi 1243 kvadratkilometrdir. Burada forel balığına çox rast gəlinir.
Göyçə gölünü Ermənistanda “Sevan” adlandırırlar. Razdan çayı mənbəyini məhz buradan götürür. Xüsusilə Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır. Göyçənin su ilə lazımi təminatı üçün Arpaçaydan ora 48.3 kilometr uzunluğunda tunel çəkilib. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb.

Oxşar xəbərlər

Petrosyan Paşinyan iqtidarını “atəşə tutdu”
Erməni deputatdan etiraz: “Forma, silah, qida yoxdur!“
“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” - Qafan meri
Qarabağda uduzan erməni generalın ürəyi partladı
Paşinyan Şarmazanovu həbs etdirib
Ermənistanla sərhəddə son vəziyyət: “Cermukdan 12 kilometr məsafədədir”
Ermənistanın ən böyük 3-cü SES-i Azərbaycanın nəzarətinə keçdi
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
“Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” - Ermənistanda həyəcan
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
Erməni terrorçuları Kəlbəcərə gəlir
Erməni terrorçuları Kəlbəcərə gedirlər - FOTO
Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub?
Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib
80 nəfər jurnalist Xankəndindən çıxa bilmir? - AÇIQLAMA
Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
Ter-Petrosyandan vətəndaş müharibəsi xəbərdarlığı…
Qafan yolu Ordumuzun nəzarətinə keçdi
“Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür” - Paşinyan
Baş nazir MDB ölkələrinə çağırış etdi
“Azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər”
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Ermənistanda 35 min nəfər ölüb – Maraqlı rəqəmlər
Ermənistan iflas edir: borc 8 milyardı ötdü
Əliyevin açıqlamaları Ermənistanı qarşıdırıb: “Azərbaycan Qarabağla kifayətlənməyəcək”
Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?
Nazir Ermənistanın təxribatı nəticəsində həlak olanların sayını AÇIQLADI
Ermənistan vətəndaş müharibəsinin astanasında – Petrosyandan açıqlama
“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar“ - Sabiq nazir
20 yaşlı erməni futbolçu Qarabağda öldü