Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi
6-05-2020, 08:30
202

Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “The New York Times” qəzetinə məktub yazıb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun yeni növ koronavirus (Kovid-19) epidemiyasıyla mübarizədə müvəffəqiyyət əldə etmiş ölkələrlə bağlı baş məqaləsində Türkiyəyə yer verməyən ABŞ-ın  “The New York Times” qəzetinə məktub yazıb.
Fəxrəddin Altun Türkiyəni hər fürsətdə qaralayan və son olaraq koronavirus epidemiyasıyla mübarizədə müvəffəqiyyət əldə etmiş ölkələrlə bağlı baş məqaləsində Türkiyəyə yer verməyən “The New York Times” qəzetinə məktub yazaraq, qəzeti səhvini düzəltmək məcburiyyətində qoyub.
“The New York Times” qəzetində 1 mayda dərc olunan “Böhranda Gerçək Liderlər Ortaya Çıxır” sərlövhəli baş məqalədə Almaniya başda olmaqla bəzi ölkələrin koronavirusla mübarizələrinə təriflər yağdırılarkən Türkiyənin uğurlarından bəhsedilməyib.
Bu səbəblə “The New York Times” qəzetinə xitabən məktub yazan F.Altun Türkiyənin gözardı edildiyi məqaləyə rəqəmlərlə cavab verib.
“The New York Times” qəzetinin internet saytında da yayımlanan məktubda Altun “Baş məqalənizdə uğur hekayəsi olaraq təriflər yağdırılan Almaniyada 1 milyon nəfərdən 83-ü Kovid-19 səbəbilə öldüyü halda, bu rəqəmin təxminən 40 səviyyəsində olduğu Türkiyədən bəhsedilməməsi diqqət çəkicidir”, – deyə bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə hökumətlərin 2002-ci ildən bəri səhiyyə sisteminə milyardlarla dollar sərmaye qoyduğunu bildirən Altun bu sərmayələr sayəsində yeni yoluxmaların qarşısının alındığını və 60 mindən çox vətəndaşın müvəffəqiyyətlə müalicə olunduğunu vurğulayıb.
Altun dövlət orqanlarının özəl sektorla əməkdaşlıq etməklə lazımi addımları ataraq bütün vətəndaşlara pulsuz maska payladığını, Türkiyənin ABŞ daxil olmaqla 57 ölkəyə tibbi ləvazimat və süni tənəffüs aparatı göndərdiyini xatırladıb.
“The New York Times”-ın Altunun məktubunu dərc etmək məcburiyyətində qalması, səhvin qəbul edilməsi kimi qiymətləndirilib.

Oxşar xəbərlər

Ankaranın Bayden narahatlığı:Demokrat namizəd türk siyasətçilərində qəzəb doğurub
NƏZARƏT TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
ABŞ-da 54 min ölümün qarşısı alına bilərdi: Cəmi iki həftə…
Səttar Mehbalıyevin oğlu Qaradağ rayonuna rəis göndərildi - Vilayət Eyvazovdan yeni təyinatlar
ÇL-in finalı İstanbuldan alınır - Sensasion iddia
İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”
Goranboyda silah-sursat tapılıb
Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO
İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub
Xızıda 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
Ərdoğan yenidən Rusiyaya gedəcək
Keçmiş Baş nazir koronavirusdan öldü
Donald Tramp xəstə qardaşına baş çəkdi
Karonovirusa görə sevgilisini öldürdü
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
Virusa yoluxmuş qadın: “ Ciyərim sanki partlayırdı”
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Trampdan təhdid kimi açıqlama: Türkiyə ilə bağlı 3 variantımız var
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Gəncədə karantin rejimini pozanlar cərimələnib
Karantin şərtlərini pozanlara qarşı cərimələr artır
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Oğru qadın həbs edildi-Mingəçevirdə
Dağlıq ərazilərdə karantin rejiminə nəzarət güclənib
Şirvanda karantin rejimini pozan 4 nəfər həbs edilib
Balakəndə civə alverçiləri saxlanılıb
Karantin şərtlərini pozanlara qarşı cərimələr artır
Bakıda ticarət obyektlərində yoxlamalar aparıldı - “OBA” və “Qrandmart” marketi cərimələdi
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”