“Böyük Britaniyada mayın 11-dən etibarən karantin tədbirləri yüngülləşdirilə bilər”.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bunu Britaniyanın Baş Naziri Boris Conson deyib.
Baş Nazir bildirib ki, ictimaiyyətə bununla bağlı ətraflı məlumat həftənin bazar günü veriləcək.
“Mayın 11-dən nələrin dəyişəcəyini xalqın bir gün əvvəlcədən bilməyə ehtiyacı var”, - deyə B. Conson qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyada 23 martdan etibarən koronavirusla bağlı karantin rejimi tətbiq olunur.