Üç ölkədən quş əti idxalına qadağa QOYULDU
4-02-2021, 20:19
119

Üç ölkədən quş əti idxalına qadağa QOYULDU

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Agentlikdən verilən məlumata görə, Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
AQTA 6 ictimai iaşə müəssisəsində nöqsan aşkarladı
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistan Respublikasının Maxaraştra və Qücərat, Uelsin Anqlesey və Almaniya Federativ Respublikasının Bavariya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından, Uelsdən və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər

Bu ölkələrdən Azərbaycana ət idxalı qadağan olundu
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Yenə yararsız at satışı - Qarşısı alındı
Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkə sayılır
AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
42 obyektdə nöqsanlar aşkarlanıb
Almaniya Superkubokunun sahibi bəlli oldu
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Rusiya Azərbaycandan alma və pomidor idxalına QADAĞA QOYDU
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
Restoran sahiblərinə xəbərdarlıq edilib
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Dünyada koronavirusa yoluxanların sayı daha da artdı
Son sutka ərzində dünyada koronavirusa yoluxanların sayı açıqlandı
Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı