İŞİD terror təşkilatı Suriyanın Humus rayonunda hökumət qüvvələri və İranın dəstəklədiyi döyüşçülərə hücum edib.
İŞİD terror təşkilatının hücumu nəticəsində Suriyanın hökumət qüvvələrinin 15 nəfər əsgəri həlak olub.
Yerli mənbələrin verdiyi məlumata görə, Suriyanın şərqində hökumət qüvvələrinin və hökuməti dəstəkləyən milislərin mühasirəsindəki səhrada qalmaqda olan İŞİD terrorçuları Humus rayonunun şərqindəki Əl Sakne bölgəsində hücuma keçiblər. İŞİD terror təşkilatı Deyrəzzor və Humus rayonlarında tez-tez hökumət qüvvələri və İran milislərini hədəfə alır.
Rakka və Deyrəzzordakı mövqelərini itirən İŞİD hal-hazırda sadəcə Humusun şərqində və Deyrəzzorun qərbində yerləşən səhrada səpələnmiş şəkildə yerləşib.