Köçəryan hakimiyyətə qayıdır? – Ermənistanda kritik durum…
8-02-2021, 13:12
92

Köçəryan hakimiyyətə qayıdır? – Ermənistanda kritik durum…

Ötən həftə Ermənistanda baş verən siyasi proseslər vəziyyətin gələcək gərginləşməsi fonunda nəzərəçarpacaq dərəcədə aktivləşib. Bunun səbəbi eks-prezident Robert Köçəryanın fəallığıdır. 
O, Moskvaya gedərək hakimiyyət uğrunda mübarizəyə qoşulduğunu bildirib. Köçəryan açıq müsahibələrində deyib ki, Ermənistana onun kimi güclü lider lazımdır və onun dövründə müharibədəki rüsvayçı məğlubiyyət baş verməzdi. Onun sözlərinə görə, Ermənistanda onunla birlikdə ölkənin problemlərini həll etməyə hazır olan komanda var. 
Populizmə baxmayaraq, bu, məhz sadə vətəndaşların eşitmək istədiyi sözlərdir. Belə ki, Köçəryanpərəst KİV hər gün onları Qarabağın “verildiyinə” və qarşıdakı fəlakətlərə inandırır.
Köçəryanın mövqeyi Moskvaya səfəri ərəfəsində nəzərəçarpacaq dərəcədə möhkəmlənib. O, Ermənistanın 17 siyasi partiyasını təmsil edən müxalifət liderləri ilə görüşüb. Qeyd edək ki, görüşdə digər eks-prezident Serj Sarkisyan da iştirak edib.
Müşavirənin nəticəsi olaraq Nikol Paşinyanın baş nazir postundan kənarlaşdırılması uğrunda birgə mübarizə aparmaq barədə razılığa gəlinib. Çox güman ki, Köçəryan digərlərilə növbədənkənar parlament seçkilərində siyasi koalisiya yaratmaq barədə razılığa gəlib.
Paşinyanın komandası da “mürgüləmir”. Belə ki, bazar günü Paşinyanın Mənim Addımım Partiyasının rəhbərliyinin iclası keçirilib. Müxalifətin destruktiv hərəkətlərinə görə növbədənkənar parlament seçkilərindən imtina edilməsi haqda mühüm qərar qəbul edilib.
Bundan əlavə, öncə Ermənistan parlamenti məhkəmələr haqqında qanun qəbul edib. Bu, hakimiyyətə məhkəmələrə nəzarət etməyə və lazımi qərarların qəbuluna nail olmağa imkan verir.
Rusiyapərəst qüvvələrin fəallaşdığı KİV-lərdə və internetdə amansız mübarizə gedir. Məsələn, iddia olunur ki, Moskvada Köçəryana vəd ediblər ki, ölkənin böhrandan çıxarılması üçün siyasi və iqtisadi yardım göstəriləcək, ordunun bərpasına dəstək veriləcək.
Həmin mənbələrə görə, Ermənistan müxalifəti yaxın vaxtlarda Paşinyanın istefası tələbilə kütləvi küçə aksiyalarını bərpa etmək niyyətindədir.
Qarabağdan gələn məlumatlar isə odun üstünə yağ tökür. Əsasən bildirilir ki, yanvarın 1-dən Ermənistan Qarabağa xidmət keçmək üçün çağırışçı göndərməyi dayandırıb, yerli ordu isə buraxılacaq. Nəhayət, rusiyalı sülhməramlılar Qarabağa xaricilərin daxil olmasına qadağa qoyub və onlardan Azərbaycanda viza almağı tələb edib. /Turan

Oxşar xəbərlər

Köçəryan Moskvada: Gizli plan işə düşdü
Köçəryan Moskvaya gedir
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Rusiya Ermənistanda öz adamını hakimiyyətə gətirir?
“Paşinyan Yeni ilədək  istefaya gedəcək“ - Erməni politoloq
Ermənistan müxalifəti Manukyanın əvəzinə Köçəryanı qabağa çəkir
Ermənistan tezliklə ikinci zərbəni də alacaq - Köçəryan
Koçaryan baş nazir olmaq istəyir
 Köçəryan külli miqdarda silah gətizdirdi – Erməni mediası
Robert Köçəryandan Qarabağla bağlı etiraf
Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
Bu, ölümcül səhviydi - Köçəryan müharibədən danışdı
Armen Sarkisyan Koçaryanla görüşdü - Paşinyana qarşı ittifaq
Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr
Ermənistanda etirazçılar yeni tələblə çıxış etdilər - "Prezidentin səlahiyyətləri artırılsın!"
Yerevanda müxalifət yeni mitinq təyin etdi
“Ermənistanın xilası Azərbaycandan asılıdır” - Deputat
“Ermənistan dizi üstə çöküb və durmalıdır” - Prezidentdən ŞOK ETİRAFLAR + VİDEO
Paşinyanı bu adamla əvəz etmək istəyirlər: Gizli plan
Dilqəm Əsgərov Paşinyana səsləndi
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia
Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb
Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE
“Sən qorxaqsan və alnına xain damğası vurulub” - Sarqsyandan Paşinyana sərt cavab
“Türkiyəni müharibəyə qoşmaq cəhdimiz alınmadı“ - Köçəryan
“Paşinyanı devirmək mümkün deyil, tək yol qətldir” – KUZNETSOV
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Müharibə vaxtı Arutyunyanın iqamətgahı niyə vurulmadı? - Koçaryan ondan şübhələnir