Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tvitter hesabında məlumat verib.
“Görüşlərarası qısa bir vaxtımız oldu və nazir Vendi Morton daim azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan müasir Azərbaycan qadınının rəmzi olan “Azad qadın” heykəlinə baş çəkdi”, - deyə səfir yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.
