Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların geri qaytarılması gözlənilir (RƏSMİ)
11-02-2021, 23:27
89

Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların geri qaytarılması gözlənilir (RƏSMİ)

Ekstremist qüvvələrin tərkibində döyüşmək üçün Suriya və İraqa gedən azərbaycanlıların geri qaytarılması üçün işlər görülür.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Report”a müsahibəsində məlumat verib.

"Onların geri qaytarılması məsələsi ilə aidiyyəti qurumlar məşğuldurlar”, - deyə M.Qurbanlı əlavə edib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir.

M.Qurbanlı onu da qeyd edib ki, Suriyaya, İraqa döyüşməyə gedənlər üç qrupa bölünür: müəyyən maddi şirnikləndirməyə inananlar, macəra axtarışında olanlar və orda baş verənlərin, təəssüf ki, cihad olduğuna inananlar.

"Birinci qismə aid edilənlər qısa zamanda öz səhvlərini anladılar – müxtəlif əyri yollarla gedib "mənzil başına” çatanda gördülər ki, onlara vəd edilən "cənnət”, var-dövlət xülya imiş, sadəcə sadəlövhlük ediblər. İkinci qismə aid edilənlər bir müddət sonra gördülər ki, bu, müharibədir, kompüter oyunu deyil və müharibə meydanı macərapərəstlik yeri deyil, insan həyatı dəyərlidir, onu macəraya qurban vermək olmaz, üstəlik, bu, əgər insanın öz həyatıdırsa. Üçüncü qismə aid olanlar da zaman keçdikcə, o bölgələrdən gələn xəbərləri, insanların hansı məşəqqətlərə məruz qaldıqlarını gördükcə özlərini sübut etmək üçün başqa arena axtarmağın daha məqbul olduğunu anladılar. Onların çox az qismi cihad adı ilə döyüşməyə yollanmışdı ki, onlar da radikal qrupların təsiri altına düşənlər idi”.

Komitə sədri bildirib ki, son beş ildə Azərbaycandan o bölgələrə kiminsə döyüşməyə getməsi ilə bağlı fakt, demək olar ki, yoxdur.

"Çünki artıq Azərbaycanda hamıya bəllidir ki, Suriyada, İraqda gedən müharibə din müharibəsi deyil. Bu, müxtəlif dairələr üçün çəkişmə mərkəzinə çevrilmiş ərazidir”.

Oxşar xəbərlər

Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını AÇIQLADI
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Hulusi Akar İraqa getdi - VİDEO
Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
Prezident Administrasiyasında Qarabağa dair iclas keçirildi - Qərargah yaradıldı
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
“Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” - Zaxarova
Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
“Qızıl Xaç“ Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi
ABŞ Türkiyədən üzr istədi – Erməni lobbisi hərəkətə keçdi
"Bizi azərbaycanlıların bazarlarından bayıra atıblar" - Ermənistan İxracatçılar İttifaqının sədri
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Ermənilər azərbaycanlı əsir və girovların üzərində insanlığa sığmayan hərəkətlər ediblər
Xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
Hərəkətə keçməyimiz an məsələsidir - Ərdoğan sərt danışdı
Tərtərin icra başçısı növbəti dəfə videokonfrans keçirdi - Fotolar
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - Foto
Putin Davosda Qarabağdan nə danışdı?
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytardı
Pənah Hüseyn cəbhəyə gedən oğlundan danışdı: “Bu da bir qismətdir...“
Paşinyan: “500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsindəyik“
Rusiya və Suriya XİN başçıları görüşüb