General Qaramyan Yerevanda və Xankəndində hərbi çevrilişə çağırır
15-02-2021, 15:06
71

General Qaramyan Yerevanda və Xankəndində hərbi çevrilişə çağırır

Birinci Qarabağ müharibəsinin “qəhrəmanlarından” olan əsgəranlı  qondarma general  Arşavir Qaramyan ordunu Yerevanda və Xankəndində çevriliş etməyə çağırıb. 
Erməni KİV-i xəbər verir ki,  əsgəranlı “general” bu haqda özünün Facebook səhifəsində yazıb. Birbaşa olmasa da dolayısı ilə erməni ordusuna (daha doğrusu onun müharibədən şil-küt olub çıxmış qalıqlarına) Yerevanda və Xankəndində hakimiyyəti ələ almağı təklif edib.
Qaramyanın fikrincə , Qarabağın itirilməsi Yerevanda və Xankəndində erməni millətinin məğlubiyyəti ilə başlayıb. “Ona görə də arxasın azad edilməsi də Yerevanda və Stepanakertdə (Xankəndi) erməni ordusunun qələbəsi ilə başlamalıdır”,-o yazıb.
Qaramyanın bu tezisindən irəli gələn məna budur ki, ermənilər Qarabağdakı məğlubiyyətə görə revanşa can atırlarsa əvvəlcə ordu Yerevanda və Xankəndində “qalib gəlməlidir”, yəni hakimiyyəti ələ almalıdır.
Qaramyan bundan əvvəl erməniləri “yuxudan ayılmağa” çağırmışdı və bildirmişdi ki, daha Qarabağın Ermənistan olmadığını dərk etməyin zamanıdır.
Arşavir Qaramyan Dağlıq Qarabağda fəaliyyət göstərən qurama hərbi xunta rejiminin rəhbərlərindən biri olub, birinci müharibədən sonra bu rejimdə “təhlükəsizlik şurasının katibi” və “daxili işlər naziri”, “baş prokuror”  kimi səs-küylü vəzifələr tutub. 2018-ci ildən isə bu rejimin sıralarından uzaqlaşdırılıb.

Oxşar xəbərlər

Yuxudan oyanın, Qarabağ artıq Ermənistan deyil - Erməni general
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar
Yerevanda dövlət çevrilişi baş verir  -Video
Yerevanda etiraz aksiyası yenidən başladı
Yerevanda etirazçılar Soros Fondunun ofisini talan ediblər
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
“Paşinyan əclafdır, həbs olunmalıdır” - Erməni şərhçi
Yerevanda Paşinyana etiraz edənlər saxlanıldı
“Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir...“
Ermənilər Putindən yenə kömək istədilər
Xankəndində Azərbaycan bayrağı... - Ermənilər şokda
Yerevanda əhaliyə divan tutanların kimliyi məlum olub
Yerevanda aksiyada 42 nəfər tutuldu
Yerevanda mitinqlər başladı - FOTO
Ermənistanda müddətsiz oturaq aksiya elan olunub
Paşinyan öz xalqını təhqir etdi: “Divar dibində ulayanlar…”
Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Minsk qrupunun həmsədrləri Yerevanda səfərdədir
Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
Yerevanda müxalifət yeni mitinq təyin etdi
Azərbaycan faşist Njdenin Xocavənd şəhərindəki heykəlini sökdürdü - Foto
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
Paşinyan Arutyunyanla görüşdü
Paşinyan ABŞ səfirliyində gizlənib
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
Paşinyan hakimiyyəti erməniləri zorla Xankəndinə qaytarır - FOTO
Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi
Ermənilər Laçın və Xankəndindən QAÇIR
Sabah Yerevanda matəm yürüşü keçiriləcək
Ermənistan parlamenti qarşısında aksiya keçirilir