Böyük Britaniyada karantin rejimi yumşaldıldı
13-05-2020, 16:30
296

Böyük Britaniyada karantin rejimi yumşaldıldı

Bu gün Böyük Britaniyada koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb.
“Anadolu” agentliyinin xəbərinə görə, insanların artıq çöldə daha çox vaxt keçirməsinə icazə veriləcək.
Vətəndaşlar parklarda piknik təşkil edə, balıq ovlaya biləcəklər.
Tennis kortları, qolf klubları və basketbol meydançaları da daxil olmaqla, açıq idman obyektləri yenidən ziyarətçilərini qəbul edəcək. Bu yerlərdə insanlar təkbaşına, ailə üzvləri və sosial məsafə qaydalarına riayət etməklə başqaları ilə oyun oynaya biləcəklər. Gün ərzində kənarda istənilən qədər məşq edilə bilər.
Bundan əlavə, milli parklara və çimərliklərə gedə və kənarda vaxt keçirmək şərtilə heç bir məsafə məhdudiyyəti olmadan səyahət etmək mümkün olacaq.
İctimai nəqliyyatdan istifadə etməmək tövsiyə olunduğundan, bu cür səyahətləri yalnız xüsusi nəqliyyat vasitələri ilə həyata keçirmək mümkün olacaq.
Evdə işləyə bilməyən tikinti və ya fabrik işçiləri iş yerlərində təhlükəsizlik prosedurlarının təmin edilməsi şərti ilə çalışa biləcəklər.
Barlar, gecə klubları, restoranlar və teatrlar kimi müəssisələr hələlik bağlı qalacaq.
Plana əsasən, ikinci mərhələdə 1 iyun tarixində bəzi mağazalar açılacaq və şagirdlər ibtidai siniflər də daxil olmaqla, dərslərə başlayacaqlar.
İyul ayında başlaması planlaşdırılan üçüncü mərhələdə etibarlı olduqları və sosial məsafə qaydalarına əməl etdikləri təqdirdə, hotellər və ictimai yerlər yenidən açılacaq.

Oxşar xəbərlər

Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
"Qaydalara biganəlik – həyatımıza təhlükədir!" - FHN çimərlikdən istifadə qaydalarını açıqladı
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Boris Conson: “Mayın 11-dən karantin tədbirləri yüngülləşdirilə bilər”
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Bu qadağa da aradan qaldırıldı
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
Britaniyada qorxunc mənzərə: Evlərdən yaşlı insanların çürümüş cəsədləri tapılır
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR
Belçikada mayın 4-dən evdən kənarda idman etməyə icazə veriləcək
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Sərnişinlərə ŞAD XƏBƏR: yollarda gözləməkdən canınız qurtarır - AÇIQLAMA
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
İctimai yerlərdə toplaşma ilə bağlı MÜHÜM QƏRAR
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
İctimai nəqliyyat şənbə-bazar günləri işləyəcək?
Qusar polisi  korovovirusla bağlı maarifləndirmə tədbirləri aparıb