Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək?
20-02-2021, 15:59
139

Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək?

Regionda movcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i şərh edərkən deyib. O bildirib ki, bu əməkdaşlığın əsası 1992-də imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub:

"2010-cu il sentyabrın 15-də imzalanan "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycan NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə SQ ilə iki və çoxtərəfli hərbi təlimlərdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyinin güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir".

Ədalət Verdiyev hesab edir ki, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq:

"İmzalan sazişdən əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi məhsullar hər iki ölkə üçün qarşılıqlı şəkildə əlçatan idi. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssislərin yaradılması üçün münbit şərait yaranacaq. Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesinin, o cümlədən pilotsuz aviasiya, zirehli vasitələr, radioelektron avadanlıqlar, "ağıllı” sursatlar, raket və s. istehsalının Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə imkan verəcək. İşğaldan azad edilən ərazilərimizdə daha böyük həcmli müdafiə sənaye müəssisələrinin yaradılması da gözlənilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Oxşar xəbərlər

Ərdoğan Azərbaycanla bağlı daha bir saziş imzaladı
“Azərbaycan Türkiyəsiz qalmayacaq” - Ərdoğan sülhməramlılar barədə
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
“İnşallah, Azərbaycan Türkiyəsiz olmayacaq” - Ərdoğan
Türk əsgəri Azərbaycanda nə qədər qalacaq? - Sənədin tam mətni
İki ölkə arasında əməkdaşlığa dair yeni sənəd imzalanacaq
Deputatlar bu gün toplaşır
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
“Müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb” - Zakir Həsənov
Pakistanın Baş Qərargah rəisindən Qarabağla bağlı AÇIQLAMA
Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
İlham Əliyev sazişi təsdiqlədi: Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Azərbaycanla Pakistan arasında saziş imzalandı
Ərdoğanın Azərbaycana səfəri başlayıb
Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Azərbaycanla Pakistan birgə hərbi təlimlər keçirəcək
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Sabah Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq