Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - Video
27-02-2021, 22:45
78

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - Video

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.
Bu fakt amerikalı jurnalist-freelancer Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb. 
Valideyinlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər. 
Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.
Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir. 
“Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”,-əsgərlərdən birinin yaxını deyib.
Toplaşanlardan digər isə deyir ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur. 
“Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”,-o deyir.
Başqa bir yaşlı erməni isə deyir ki, onun nəvəsi il yarımdır hərbi xidmətdədir, müharibədə iştirak edib. Cəbrayılda, ön xətdə olub. 
“Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb ecə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır. 
Dedilər aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir”,-amerikalı jurnalistə danışan yaşlı erməni bildirib.
Toplaşanlar deyiblər ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, “bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər. 
Valideyinlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb. Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır. Bu reportaj bir daha təsdiq edir ki, Azərbaycan Laçın dəhlizi üzərində gediş-gəlişə daha ciddi nəzarət edilməsi barədə Rusiya tərəfinin qarşısında məsələ qaldırmalıdır. /Virtualaz.org

Oxşar xəbərlər

Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi
Yerevanda növbəti təxribata hazırlıq - Qarabağa əsgər göndərilir - Video
Rus əsgərləri Qarabağa belə daxil oldu – Video
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan hakimiyyəti əsgər ailələrini belə aldadır: “Övladlarınız İrana keçib“
Ermənistan müdafiə naziri Qarabağa gəldi
“Bu yaramazın hələ də özünü “prezident” kimi aparması...”
Ermənistanın hərbi prokuroru da Qarabağa gəldi
Ermənistan XİN-in başçısı Qarabağa gələcək
Ermənistan yüzlərlə PKK terrorçusunu Qarabağa gətirdi
Erməni əsgəri Qarabağdan niyə çıxarılmır? – Bəyanat pozulur
Ermənistanın hərbi prokuroru Qarabağa qanunsuz səfər etdi
Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil olublar
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
“Ermənistan rəsmiləri Xankəndinə gəlməyə cürət etməyəcəklər“ - Politoloq
İrəvandan Xankəndinə daha 470 erməni gətirildi - 42 min oldular
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Dağlıq Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı
Rusiya MN-dən Kəlbəcərlə bağlı AÇIQLAMA
Ermənistan hökuməti azərbaycanlılar haqda: “Qaçqınlar doğma torpaqlarına qayıdacaqlar”
Ermənistan yeni itkilərini açıqladı - Daha 44 ölü
Sülhməramlılar Şuşaya gedən avtomobil karvanını müşayiət etdi - VİDEO
ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadı
Döyüşdən qaçan erməni hərbçilərin həbsi başladı
“Yenə müharibə olacaq” – Erməni komandir + Video
Qorbaçov Qarabağdan danışdı: “Qalib və məğlub tərəf olmadan..."
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Rusiya Müdafiə Nazirliyindən Qarabağa dair YENİ AÇIQLAMA
Ermənilər Laçını tərk edir