Ermənistan prezidenti müxalifət lideri ilə görüşdü
2-03-2021, 19:54
64

Ermənistan prezidenti müxalifət lideri ilə görüşdü

Ermənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub.
Bunu E.Marukyan feysbuk səhifəsində yazıb.
Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi müzakirə edilib.
Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: “Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin, biz sabah (martın 3-də - red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.
Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqini tələb edəcəyini söyləyib. (Report)
Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirmişdi.
Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü "Çiçəklənən Ermənistan", 17-si isə "İşıqlı Ermənistan" fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir.

Oxşar xəbərlər

"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir" - Marukyan
Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
Ermənistan müxalifəti parlamenti ələ keçirməyə hazırlaşır
Armen Sarkisyan Koçaryanla görüşdü - Paşinyana qarşı ittifaq
Paşinyan Arutyunyanla görüşdü
“Seçki olsa, qan töküləcək...” – Ermənistanda nə baş verir?
"Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyir" - Ermənistan KİV
Ermənistan parlamentində gərginlik: “Siz sadəcə avamsınız”
Ermənistanda etirazçılar yeni tələblə çıxış etdilər - "Prezidentin səlahiyyətləri artırılsın!"
Paşinyan tapıldı
Paşinyan Arutyunyanla birlikdə Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTO
Paşinyan nazirləri topladı - Qarabağdakı vəziyyət müzakirə olundu
Baş nazirin istefa verməsi lazımdır – Paşinyan üçün son
Paşinyan yeni seçkiyə hazırlaşır
Paşinyan müxalifətçi deputatı bu postdan uzaqlaşdırdı
Paşinyandan tərəfdarlarına müraciət: “Martın 1-də...”
Ermənilər qorxuya düşüb: Ruslara Zəngəzurda hərbi baza yaratmağı təklif edirlər
Ermənistan müxalifəti bu gün parlament binası önündə mitinq keçirəcək
Paşinyan erməni əsir və meyitlərlə bağlı Rusiyadan yardım istədi
Paşinyan Rusiyadan yenə kömək istədi
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Paşinyana 3 gün vaxt verildi
Ermənistan əhalisinin 50 faizi Paşinyanın istefasını dəstəkləyir
Ermənistanda Paşinyan barəsində cinayət işi başlanılıb
Ermənistanda müxalifət lideri həbs olundu
Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır
Qarabağdakı son vəziyyət müzakirə olundu
Ermənistan müxalifəti yeni aksiya təyin etdi - "Paşinyan, istefa ver!"
Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?