Köçəryanın tərəfdarları Ermənistanda yolu bağladı - Etirazlar səngimir
2-03-2021, 20:47
139

Köçəryanın tərəfdarları Ermənistanda yolu bağladı - Etirazlar səngimir

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları İrəvanda Arşakunyats prospektini bağlayıb. 
Gündəlik Bakı erməni mediasına istinadən xəbər verir ki, onlar Köçəryanın mühakimə olunmasına etiraz edirlər.
“Fərari Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud qanunsuz hökumət bizim milli qəhrəmanlarımızı mühakimə edir. Dünən isə o, Respublika Meydanından milli qəhrəmanlarımızı ələ salmağa cəhd edib”, - deyə etirazçılar bildirib.
Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Münaqişə nəticəsində 10 nəfər ölüb.
Hadisə Köçəryanın ölkədə üç həftəlik fövqəladə vəziyyət elan etməsindən sonra baş vermişdi. O, 2018-ci ilin dekabrında həbs edilib. 2019-cu il mayın 18-də azadlığa çıxıb. 2019-cu il iyunun 25-də isə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.

2020-ci il iyunun 19-da yenidən Apellyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında Köçəryan barəsindəki həbs qətimkan tədbiri ləğv edilib və o, azad olunub. Məhkəmə həbsi ölkəni tərk etməmək qətimkan tədbiri ilə əvəzləyib. 
Eks-prezident ittihamları rədd edir, onları siyasi motivli sayır.
Martın əvvəlində Xüsusi İstintaq Xidməti (SIS) Köçəryanın ikinci dəfə həbsinin uzadılmasını istəyib. Məhkəmə martın 15-də tələbi təmin edib. Köçəryanın vəkilləri bu tələbi əsassız və siyasi motivli hesab edirlər.
64 yaşlı keçmiş prezident deyir ki, ittihamlar hazırki Baş nazir Nikol Paşinyanın ona qarşı apardığı siyasi "vendetta" nın bir hissəsidir.
Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamışdı və bununla əlaqədar təxminən iki il həbs cəzasına məhkum edilmişdi”.

Oxşar xəbərlər

Köçəryan Moskvada: Gizli plan işə düşdü
Paşinyan onlarla vətəndaşı həbs etdirdi - Ermənistanda qalmaqal bitmir
“Paşinyan Yeni ilədək  istefaya gedəcək“ - Erməni politoloq
Koçaryanın tərəfdarları məhkəmə binası önünə toplaşdılar
Ermənistanın sabiq prezidenti 4-cü dəfə həbs edilə bilər
Paşinyan Köçəryanı həbs etdirir
Köçəryan Moskvaya gedir
Putindən Paşinyana daha bir sillə
Anna Akopyanla general arasında nə baş verib? – Paşinyan onu qovdurdu
Ermənistan müxalifəti Manukyanın əvəzinə Köçəryanı qabağa çəkir
Ermənistanda müxalifət tərəfdarları hökumət binasına girdi
Robert Koçaryan Ermənistanı məhkəməyə verdi
Koçaryanın məhkəməsi qapalı keçiriləcək
Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Ermənistanda etirazçılar magistral yolları bağlayır - Video
Rusiya Ermənistanda öz adamını hakimiyyətə gətirir?
Köçəryan hakimiyyətə qayıdır? – Ermənistanda kritik durum…
Ermənistanda etiraz aksiyaları: Paşinyanın istefası tələb olunur - VİDEO
“Samsung”un sahibi yenidən həbs olundu
SON DƏQİQƏ: Paşinyan qızlarını Kanadaya qaçırdı
Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı
Ermənistanda xaos başladı – VİDEO
Bu, ölümcül səhviydi - Köçəryan müharibədən danışdı
Ermənistanda inqilabi proseslər başlayıb
Etirazçılar İrəvanda mərkəzi küçələri bağladılar - Video
İrəvanda etiraz aksiyası: Saxlanılanlar var
Armen Sarkisyan Koçaryanla görüşdü - Paşinyana qarşı ittifaq
Paşinyan ABŞ səfirliyində gizlənib
Köçəryan Paşinyanı yenə tənqid etdi: “Ölkəni dağıdır!“