Ermənistan çıxış yolunu Azərbaycanda görür - VİDEO
3-03-2021, 21:35
92

Ermənistan çıxış yolunu Azərbaycanda görür - VİDEO

Erməni fəal İşxan Verdyan ölkəsindəki xaosu dəlixana adlandırıb. 
Baku TV xəbər verir ki, o, canlı yayımda baş nazir Nikol Paşinyana "Qarabağ klanı”na qalib gəlmək üçün çıxış yolu göstərib. İ.Verdyan bildirib ki, Ermənistanda hökumət, prezident aparatı, məhkəmələr, bütün qurumlar işləməkdən imtina edir. 
"Ele bil dəlixanadır. Mən qeyd etmək istəyirəm ki, onlar "Qarabağ klanı”nın təyin etdiyi insanlardı. Çox ciddi siyasi oyun gedir, onlar hökumətə qarşı hücuma keçiblər. Bu oyun Paşinyanı siyasi persona kimi məhv etməyə hesablanıb. Onların hamısı qanun çərçivəsində hərəkət edir, düzdü, amma bu sistem xalqın əleyhinə işləyirsə, demək bu dəhşətdir.
Mən indi Nikol Paşinyana çıxış yolu təklif etmək istəyirəm. Bu elə variantdır ki, "Qarabağ klanı”nı kökündən vuracaq və məhv edəcək. Bununla da ölkəmiz xilas olacaq. Bilirsiniz o nə edə bilər? Rəsmi olaraq parlamentdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib hər şeyə nöqtə qoya bilər. Bundan sonra "Qarabağ klanı” Ermənistanda heç nə edə bilməyəcək. Hər şeyi itirəcəklər. Düşmənçilik yox olacaq, yəni ondan sonra müharibə adı çəkilsə, heç kim getməyəcək, çünki bu, hərbi cinayət sayılacaq. Nikol, sən düzgün addım ata bilərsən. Bununla onlara qalib gəlib bizi xilas edə bilərsən”.
İ.Verdyan xüsusilə qeyd edib ki, əgər N.Paşinyan bu addımı atsa, Azərbaycan və Türkiyə ilə düşmənçilik bitəcək və normal münasibətlər qurmaq mümkün olacaq.
"Bu addım Ermənistan üçün sizin rəhbərliyiniz altında yeni dövr ola bilər. Bəlkə bu həyatınız üçün təhlükəli olacaq, amma siz ölkəmiz üçün bu riskli addımı ata bilərsiniz. Bizim kimi siz də bu ölkənin vətəndaşısınız. Əsgərlər vətən üçün risk etdikləri kimi, siz də edin. Sizi buna görə tutmayacaqlar. Çünki bunu etsəniz xalq sizi dəstəkləyəcək. Bu hamımız üçün qurtuluş olacaq. "Qarabağ klanı”nı bununla məhv edə bilərsiniz, hətta özünüz onlarla bacara bilməsəniz, Azərbaycana təhvil verə bilərsiniz”. 
Xatırladaq ki, Nikol Paşinyan martın 1-i müxalifətə öz gücünü nümayiş etmək üçün İrəvanda genişmiqyaslı mitinq keçirib və xalq qarşısında çıxış edib. 


Oxşar xəbərlər

Paşinyanı niyə istefaya göndərə bilmirlər? - Yeganə çıxış yolu...
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Sarkisyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"
Başlandı: Ermənistanda müdafiə naziri ilə general əlbəyaxa oldu
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
"İndi onlar ciddi məğlubiyyət acısını yaşayırlar" - İlham Əliyev
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Erməni müxalifəti parlamenti mühasirəyə aldı
Erməni vəkillər də Paşinyana qarşı çıxırlar
Ermənistanda Kremli razı salacaq hökumət qurulur - Rusiya elitası ilə fəal müzakirələr aparılır
Paşinyana 3 gün vaxt verildi
Paşinyan erməni xalqına müraciət etdi: “Qarabağ münaqişəsi həll olunmayıb”
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
Rəcəbovun məğlub etdiyi şahmatçı Ermənistan vətəndaşlığından imtina edir
“Qoy bir-birlərini məhv etsinlər” – Çingiz Abdullayev
Ermənistanda etirazçılar yeni tələblə çıxış etdilər - "Prezidentin səlahiyyətləri artırılsın!"
Paşinyan canlı yayımda biabırçı məğlubiyyətin səbəbini izah edir
“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
“Ağıllarını başlarına yığmasalar, sonları çox acınacaqlı olacaq”
Məşhur iş adamı Paşinyanı istefaya çağırdı
Ermənistanda Elmlər Akademiyası da Paşinyana qarşı çıxdı
“Ermənistanı zorla Rusiyaya birləşdirməliyik” - Jirinovski
“Ermənilər Paşinyanı ya öldürəcəklər, ya da çevriliş edəcəklər“ - Proqnoz
“Ermənistanın xilası Azərbaycandan asılıdır” - Deputat
Paşinyanı bu adamla əvəz etmək istəyirlər: Gizli plan
“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - Zelenski
Paşinyan Qarabağı 5 milyard dollara satıb - Səfir Minasyandan baş nazirə ittiham
Ermənistanda etirazçılar Paşinyana həb gətirdi - FOTO
Paşinyanın Bakı və Ankara ilə bağlı gizli planı - yeni “Yol xəritəsi”