Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
18-05-2020, 16:00
267

Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı keçirərək, bir çox açıqlamalar verib. Onun ən maraqlı açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aid idi. Ermənistan liderinin sözlərinə görə, inqilabdan sonra (söhbət 2018-ci ilin yaz hadisələrindən gedir - red.) Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sənədlər yoxdur, “köhnə sənədlərin hamısı isə rədd edilib, çünki onlar bizim üçün qəbuledilməzdir”.
Nikol Paşinyan məhz bu şəkildə bir neçə həftə əvvəl danışıqlar masasında mərhələli həll planı ilə bağlı sənədin olduğunu bildirən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ nizamlanması ilə bağlı açıqlamasına münasibət bildirib.
Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Media.Az-ın bu məsələlərlə bağlı suallarını cavablandırıb.
- Baş nazir Nikol Paşinyan böyük mətbuat konfransı keçirdi və Ermənistanın Qarabağ tənzimlənməsi ilə bağlı bütün “köhnə sənədləri” rədd etdiyini bildirdi. Beləliklə, o, Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında bir planın olması barədə açıqlamasına münasibət bildirdi...
- Bunu dərhal Rusiyanın mövqelərinə zərbə adlandırmaq olar. Rusiya Federasiyası Qarabağ məsələsində vasitəçi olub və hələ də bu missiyanı davam etdirir. 2016-cı ildə məhz Rusiyanın vasitəçiliyi ilə Qarabağ tənzimlənməsinin yeni mərhələli planı barədə Sankt-Peterburq və Vyana sazişləri imzalanıb.
İndi məlum olur ki, Ermənistan rəsmi şəkildə Rusiyanın vasitəçiliyindən imtina edib. Bununla da Rusiya diplomatiyasını ciddi şəkildə pis vəziyyətdə qoyub. Bəli, Nikol Paşinyan əvvəllər də razılaşmanı hər şəkildə pozurdu, imtina edirdi, uzadırdı. Ancaq bu vaxta qədər Ermənistanın razılaşmalardan imtina etdiyini eşitməmişdik, bunu vurğulayıram. İndi bu baş verdi. Ermənistan Rusiyanın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkir.
- Bəs bundan sonra nə olacaq? İllərdir davam edən danışıqlar, güzəştlər sadəcə, sıfırlanacaq? Hər şey sıfırdan başlamalıdır?
- Bəli, belə çıxır ki, hər şey sıfırdan başlayır. Ermənistan Azərbaycana NATO-nun Yerevanla birlikdə olduğunu göstərmək üçün ABŞ və Fransanı bu prosesə cəlb edəcək. Eyni zamanda, bunu Rusiyaya da göstərəcək. Bu bir erməni strategiyasıdır.
Bundan əlavə, hesab edirəm ki, Nikol Paşinyan Qarabağ münaqişəsinin həllinə başlamamaq üçün ləngitmə taktikasını seçir. O, gah sazişlərlə razılaşır, gah razılıqların olmadığını bəyan edir. Eyni zamanda, sülh danışıqlarının davam etdirildiyi görüntüsünü yaradır.
- Bəs dünyanın bir çox ölkələri kimi iqtisadi böhran və koronavirus pandemiyası səbəbindən çətin vəziyyətə düşən Ermənistana bu sərf edirmi?
- Düşünürəm ki, Ermənistan tərəfi yaranan çətin iqtisadi vəziyyətə görə dəymiş ziyanı elə “millətçilik partlayışı” ilə ödəmək istəyir. Yəni, xarici problemlərin köməyi ilə insanları daxili problemlərdən yayındırmaq və bununla da, cəmiyyəti birləşdirmək arzusundadır.
- Başqa sözlə, “ümumi düşmən” təklif etmək...
- Bəli, tamamilə doğrudur. Bu, hələlik təbliğatla tamamlanacaq: guya Rusiya Ermənistana xəyanət edir.

Oxşar xəbərlər

“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
"Bu bazanı itirmək çox acınacaqlı olardı” - Lavrov
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Həmsədrlər Qarabağa səfər edəcəklər
Nyu Yorkda mühüm iclas: Qarabağ müzakirəsi...
Lavrov-Bayramov görüşünün pərdəarxası məqamları
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
Fransa üçün Qarabağ yaddan çıxdı?
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Nikol Paşinyan yaşadığı mənzili satır
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov