Paşinyan ABŞ dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər
7-03-2021, 16:30
81

Paşinyan ABŞ dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər

"Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Xəbərlərdə Paşinyanın Blinkenə zəng etdiyi bildirlib, yəni danışıq təşəbbüsü İrəvandan gəlib. Demək işin içində ABŞ-ın Ermənistandakı səfirliyi var. Paşinyanın öz təşəbbüsü ilə dövlət katibinə zəng etməsi üçün ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələri olub. Bugünlərdə Paşiyanın ABŞ səfiri ilə görüşü barədə məlumat yayılmadığına görə, böyük ehtimalla məsləhətləşmələr Ermənistanın baş nazirinin müşaviri səviyyəsində həyata keçirilib. Kobud desək, xahiş belə olub ki, “dövlət katibi baş nazirimizlə telefonla danışmağa hazırdırmı?” Vaşinqtondan razılıq gələndən sonra telefon danışığı baş tutub".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, Nikol Paşinyanın ABŞ-ın yeni dövlət katibi ilə danışığında önə çəkmək istədiyi məsələləri belə izah edib:
"Birincisi, Nikol Paşinyan Entoni Blinkeni dövlət katibi vəsifəsinə təyin olunması münasibətilə təbrik edib. Paşinyan bundan sonra keçib əsas mətləbə, daha doğrusu yalvarışa. Paşinyan hər zaman olduğu kimi danışdığı tərəflə “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib. Böyük ehtimalla Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib”.
İkincisi, Nikol Paşinyan növbəti yaltaq cümlə işlədərək ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib. Halbuki, vasitəçilərin turist səfərlərini nəzərə almasaq ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır.
Üçüncüsü, Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib. Bununla Blinken faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər. Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dolar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər".
Elxan Şahinoğlu Paşinyanın Blikenə zənginin Kremlin xoşuna gəlməyəcəyini bildirib:
"Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək. Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir".

Oxşar xəbərlər

Paşinyan yenə Putinə zəng etdi
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Şoyqu və Arutyunyan arasında telefon danışığı - Qarabağdakı bu məsələ müzakirə olundu
Bu gün Moskvada nələr müzakirə olunacaq?
Bayden Putinə niyə zəng edib?
Nikol Paşinyan istefa edəcək - İDDİA
Anna Akopyanla general arasında nə baş verib? – Paşinyan onu qovdurdu
Ermənipərəst konqresmenlər hərəkətə keçdi - ABŞ-dan Azərbaycan və Türkiyəni “cəzalandırmaq“ tələb olunur
Paşinyan hər gün Putinin zəhləsini tökür - Ermənilər AÇIQLADI
İrəvandan Bakıya uçan təyyarədə kimlərin olduğu açıqlandı
İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib
Paşinyanın səsi niyə batmışdı? – Rus mediasından maraqlı yazı
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Nikol Paşinyanın atası öldü
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
Paşinyanın ailəsi Kanadaya qaçdı
Paşinyanın oğlu Moskvaya qaçdı - VİDEO
Paşinyana qarşı qiyam qaldıran erməni general kimdir?
Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olundu
“Paşinyan istefa vermək fikrində deyil”
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdılar
Paşinyanın həbsi ilə bağlı baş prokurorluğa müraciət edildi
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib
Trampın daha bir fərmanı ləğv EDİLDİ
SON DƏQİQƏ: Paşinyan qızlarını Kanadaya qaçırdı
Netanyahu Putinə zəng etdi
Dron səsini eşitdiyi an Paşinyan siçan kimi sığınacağa qaçdı – Qabrelyanov