Bu ərazidə müharibə başladı: Xeyli sayda itki var
7-03-2021, 23:30
90

Bu ərazidə müharibə başladı: Xeyli sayda itki var

Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri separatçılar tərəfindən ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib.
"DXR”in "informasiya nazirinin birinci müavini” Teleqram kanallarının birinə açıqlamasında Ukrayna ordusu və Prezident Vladimir Zelenski haqda aşağılayıcı tonda danışıb.
"Əsas odur ki, dayanmayaq. Zelinin (Ukrayna Prezidentini nəzərdə tutut – red.) Napoleonsayağı xoruz papağını əbədi olaraq göyə uçuraq”, – deyə, o bildirib.
Ukrayna qoşunlarının komandanlığı itkilər barədə hələ məlumat verməyib. Eyni zamanda, sosial şəbəkələrdə şahidlərə istinadən zərbə nəticəsində çox sayda Ukrayna hərbçisinin öldüyü və yaralandığı haqda bilgilər yayılır.
Mixail Xramkov adlı sosial şəbəkə istifadəçisi bu gün səhər "Rus baharı” adlı veb-saytındakı şərhində Ukrayna ordusunun 20-dən çox itkisi olduğunu, 25 nəfərin isə ağır yaralandığını, yaralıların Kiyevə aparıldığını iddia edib.
Daha bir istifadəçi Ukrayna ordusunun bir bölüyünü itirdiyini, yerli televiziyaların isə bu barədə xəbərləri gizlətdiyini yazıb. Separatçılara dəstək verənlər hərbi zərbələri davam etdirməyi tövsiyə edir, "çoxdan belə lazım idi, onların dərsi verilməlidir” kimi qızışdırıcı mövqe tutublar.
Qeyd edək ki, son günlər Ukraynanın Donbasda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar var. Ötən ay Donbasdakı qondarma qurumların vaxtilə birləşdiyi "Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya KİV-nə gözlənilən müharibə təhlükəsindən danışmış və Qarabağ müharibəsi ilə bənzətmələr etmişdi. O demişdi ki, çox güman ki, ABŞ Prezidenti Co Bayden Ukrayna məsələsinin çözümünü İngiltərənin himayəsinə verəcək. "Qarabağdakı müharibədə türklərin (Azərbaycan nəzərdə tutulur) arxasında dayanan London Donbasda da oxşar prosesi təkrarlamağa çalışacaq”.
Separatçı siyasətçi deyib ki, Kiyevdə ingilis kəşfiyyat Mi-6-nın bürosunun açılışı olub. Türk hərbi mütəxəssislər ingilislər vasitəsi ilə Ukraynaya dəvət olunub və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb. "Ukraynada "Qarabağ variantı” getdikcə daha aydın görünür. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlarla bağlı”, – deyə, o bildirmişdi.
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna telekanalının efirində isə bildirmişdi ki, ölkənin bəzi ərazilərini itirmək təhlükəsi var. Saakaşvili işarə etmişdi ki, müharibə olacağı təqdirdə Mariupol və Xerson kimi şəhərlər də Rusiyanın nəzarətinə keçəcək. Çünki Rusiyanın platsdarm yaratmaq və Krımı su ilə təmin etmək üçün bu şəhərləri ələ keçirməyə ehtiyacı var.
Xatırladaq ki, bundan əvvəl də Ukrayna siyasətçiləri ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər. /Musavat.com

Oxşar xəbərlər

Çavuşoğlu Zelenski ilə görüşdü
"Ukrayna türk PUA-ları ilə NATO standartlarına qovuşacaq" - Ukraynalı hərbçi
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
Ukrayna Prezidentindən Azərbaycanla bağlı paylaşım - FOTO
Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək
“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - Zelenski
Səbuhi Abbasov "Qızıl orden"lə təltif edildi
Ukrayna polisi Azərbaycanın rəsmi nümayəndəliyini mühafizəyə alır
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Ukrayna XİN Mixeil Saakaşviliyə xəbərdarlıq etdi
Saakaşvili Zelenskinin təklifini qəbul etdi
Çin Ukraynanı ələ keçirir - Tramp narahatdır
Britaniya Rusiyaya çağırış etdi - "Ukraynalıları azad edin"
"Suriya, Liviya, Ukrayna konfliktlərini həll edə bilməyib" - Trampın Qarabağla bağlı açıqlamasına Rusiyadan SƏRT REAKSİYA
Putin hakimiyyətdən gedir, müharibə başlayacaq - İDDİA
Daha bir hərbi cinayətkar Qarabağda döyüşməyə gəlib - Foto
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
Zelenski İlham Əliyevi təbrik etdi
Ukrayna XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM
“Azərbaycan dostumuzdur, Türkiyə tərəfdaşımız”
“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvilidən rəsmi Tbilisiyə XƏBƏRDARLIQ
Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bərpa edilir - Bu tarixdən
Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət qoydu
Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Azərbaycanlı xanəndə qəfildən öldü
Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da var
Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək