Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmur
8-03-2021, 13:56
62

Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmur

Parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Baş nazir Nikol Paşinyana bu gün istefa verməyi təklif edib.
 Marukyan erkən seçkilərin Paşinyanın istefasından sonra baş tuta biləcəyini bildirib.
“Paşinyan təklifimizlə razılaşsa, yəni Silahlı Qüvvələrin Baş Qərargahın tərkibinin dəyişdirilməsi təşəbbüsündən imtina edərsə, erkən seçki vədindən geri çəkilməsə, martın 8-də istefa verə bilər”, - fraksiya rəhbəri bildirib.
Siyasətçiyə görə, istefadan sonra 14 gün ərzində baş nazir seçilməsə, o zaman parlament buraxılacaq: “Yeni bir güc hakimiyyət formalaşdırmaq, ölkədə sülh, əmin-amanlıq və sabitlik yaratmaq üçün ən qısa müddətdə seçkilərə ehtiyacımız var”.
O, bundan əvvəl də Paşinyandan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini geri götürməsini təklif edib. “Maariflənmiş Ermənistan” baş nazirliyə öz namizədini irəli sürməyəcəyini bildirən bir memorandum imzalamağa hazırdır. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verilir. Paşinyan martın 1-də keçirilən mitinqdə erkən seçki variantını müzakirə etməyə hazır olduğunu, lakin baş qərargah rəisinin vəzifəsindən getməli olduğunu söyləyib. (Teleqraf.com)

Oxşar xəbərlər

Ermənistan prezidenti müxalifət lideri ilə görüşdü
"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir" - Marukyan
Prezidentlə baş nazir arasında intriqa böyüyür - Ermənistan yeni inqilab astanasında
Paşinyana qarşı qiyam qaldıran erməni general kimdir?
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Erməni alimlər də Paşinyanın istefasını tələb edir
“İstefa vermək fikrim yoxdur” - Paşinyan
Ermənistan əhalisinin 50 faizi Paşinyanın istefasını dəstəkləyir
Paşinyan bu tarixdə istefa verəcək - Erməni mətbuatı
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
“Paşinyan istefa vermək fikrində deyil”
Ermənistan müxalifəti yeni aksiya təyin etdi - "Paşinyan, istefa ver!"
Paşinyan nazirləri topladı - Qarabağdakı vəziyyət müzakirə olundu
Nikol Paşinyan istefa edəcək - İDDİA
Ordu Paşinyana ultimatum göndərdi - "İstefaya GET!"
Sarkisyan Paşinyanın təklifinə imza atmadı
Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
“Seçki olsa, qan töküləcək...” – Ermənistanda nə baş verir?
“Ermənistanın gələcəyi çox qaranlıq görünür“ -  David Şahnazaryan
Ermənistanda Daşnaksütun Partiyası xalqı küçələrə ÇAĞIRDI
Məşhur iş adamı Paşinyanı istefaya çağırdı
Paşinyan hökuməti darmadağın edir: Nazirlər bir-bir istefa verir
Ermənistanda etirazçılar yeni tələblə çıxış etdilər - "Prezidentin səlahiyyətləri artırılsın!"
Paşinyanın komandası dağılır - Tiqran Karapetyan da istefa verdi
“Paşinyan dərhal getməlidir, məğlub lider danışıqlar apara bilməz” - Melkumyan
"Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyir" - Ermənistan KİV
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləmədi
“Niyə məğlub olduğumuzu Nikoldan soruşun” - Erməni general
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ