Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
19-05-2020, 19:00
386

Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə

Ermənistan hakimiyyətində baş nazir Nikol Paşinyandan narazılıqlar artır.
Ölkə iqtisadiyyatının durğun vəziyyətdən çıxa bilməməsi və hökumətin koronavirus pandemiyasının qarşısında aciq qalması N.Paşinyanın reytinqinə ciddi zərbə vurub. Baş nazir faktiki olaraq, ölkədə siyasi nəzarəti fövqəladə vəziyyət rejimini 90 günə qədər uzatmaqla əldə saxlamağa çalışır. Mayın 8-də Ermənistan Milli Məclisində isə Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyanla hakim “Mənim addımım” fraksiyasının deputatları arasında baş verən əlbəyaxa davadan sonra Paşinyana qarşı etirazlar güclənib.
Lakin bu qarşıdurma Marukyanın mövqelərinə üstünlük qazandırıb. Ermənistan parlamentində Edmon Marukyanın baş nazir postuna gətirilməsinin mümkünlüyü barədə söhbətlər dolaşır. Eyni zamanda Ermənistanın baş nazirinin ətrafındakı şəxslərə qarşı siyasi qısqanclığı barədə yayılan məlumatlar siyasi elitada gərginliyin olmasından xəbər verir. Nikol Paşinyan baş nazirin müavini Tiqran Avinyanın və ya Milli Məclisin spikeri Ararat Mirzoyanın onun yerinə keçə biləcəyindən ehtiyatlanır. Qeyd edək ki, hakim komanda daxilində yüksək nüfuz sahibi olan Tiqran Avinyan hazırda Paşinyanın yerinə ən real namizəd sayılır. Soros Fondunun kadrı kimi tanına Avinyanı ABŞ da dəstəkləyir. Ona görə də son vaxtlar Paşinyan bütün siyasi imkanlarını Avinyanı neytrallaşdırmağa yönəldib. Parlamentdə üçdə iki səs çoxluğuna malik olan “Mənim addımım” fraksiyası Paşinyanı kənarlaşdırıb onun yerinə Avinyanı gətirmək planını işə salsa, o zaman cəmiyyətdə yenidən siyasi revanş götürməklə zəifləmiş mövqelərini yenidən möhkəmlədə bilər.
Təbii ki, Paşinyan da müəyyən siyasi gedişlər etməklə öz kürsüsünü qorumağa çalışır. Hakimiyyət daxili müxalifət formalaşıb, N.Paşinyan bunun qarşısını almaq barədə düşünür. Ona görə hökumət başçısının özünün siyasi cəhətdən sığortalamaq üçün yaxın vaxtlarda müəyyən gedişlər edəcəyi gözlənilir. Bu arada Paşinyanın keçmiş siyasi rəqibi, sabiq baş nazir Karen Karapetyanla yaxınlaşması diqqəti cəlb edir. İnqilabdan sonra fəal siyasətdən uzaqlaşaraq Rusiyada yaşayan Karapetyan son günlər Ermənistanda tez-tez görünür. O, əvvəlcə digər sabiq baş nazirlərlə birlikdə eks-prezident Robert Köçəryanı zaminə götürmək üçün məhkəməyə müraciət etdi. Sonra isə 2016-cı ilin aprel döyüşlərini araşdırmaq üçün Ermənistan parlamentində yaradılmış İstintaq Komissiyasında ifadə verməyə gəldi. Ən çox diqqəti cəlb edən məqam isə Karapetyanın Paşinyanla şəxsi razılaşmasının olması barədə verdiyi açıqlamadır. Hətta Paşinyan etiraf edərək bildirib ki, Karapetyan ona Respublika Meydanına qədər birlikdə getməyi təklif edib. Söhbətin məzmunu açıqlanmasa da Paşinyanın Karapetyanla yaxınlaşması şübhə doğurur.
Çünki Ermənistanda nüfuza malik olan Karapetyan Avinyanı əvəz etmək üçün Paşinyanın planlarına fayda verə bilər. Nikol Paşinyanın hakim elitadakı qarşıdurmadan diqqəti yayındırmaq üçün Azərbaycanla cəbhə xəttində hərbi əməliyyatlara başlaya bilməsi də ehtimallar sırasındadır. Danışıqlardan faktiki olaraq, imtina etmiş baş nazir cəbhədə vəziyyəti gərginləşdirməklə özünün mövqelərini gücləndirmək taktikasına əl ata bilər.
Politoloq Natiq Miri hesab edir ki, hərbi əməliyyatların başlanması Paşinyana yalnız siyasi və hərbi uğursuzluq gətirəcək:
“İndiki vəziyyətdə Ermənistanın hərbi əməliyyatlara başlaması Paşinyan hökumətini çətin vəziyyətdən çıxartmayacaq. Çünki döyüşlər başlasa, Ermənistan ordusunun müvəffəqiyyət qazanmaq ehtimalı yoxdur. Xüsusilə də cəbhə xəttində hərbi əməliyyatlar bərpa olunsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər dövlətlər Ermənistana dəstək verməyəcək. Hətta Ermənistanın strateji müttəfiqi Rusiya belə, Azərbaycana qarşı döyüşməyəcək. Məlum olduğu kimi, Rusiyanın siyasi dairələrində Paşinyan hökumətinə qarşı mənfi münasibət var. Rusiya Ermənistanda yeni hakimiyyətin formalaşmasında maraqlıdır. Ermənistan ordusu məğlub olduğu təqdirdə, Paşinyan hökumətinin mövqelərinə sarsıdıcı zərbə vurulacaq. Pusquda duran Qarabağ klanı isə Paşinyan hökumətini devirmək üçün məqam axtarır. Eyni zamanda, Ermənistan ordusunda olan hərbi zabitlərin əksəriyyətinin Qarabağ klanı və Rusiya ilə əlaqələri var. Paşinyana yaxınlığı ilə seçilən Araik Arutunyan Dağlıq Qarabağdakı qondarma rejimin başına gətirilsə də, orduda Köçəryan-Sarkisyan "klanına" bağlı qüvvələrin təmizləməsi başa çatmayıb. Ona görə də hərbi əməliyyatların başlaması Paşinyan hökumətinin sonunu gətirə bilər”.
Natiq Miri bildirdi ki, Paşinyanın siyasi komandasında kadr dəyişikləri baş verir. Bununla da baş nazir onu vəzifəsindən uzaqlaşdıra biləcək kadrları hökumətdən uzaqlaşdırır:
“Bundan sonra təmizləmə prosesi intensivləşə bilər. Yəqin ki, Paşinyan özünün siyasi nəzarətində olan komanda formalaşdırmağa çalışacaq. Paşinyan hazırkı komandanı özünə sədaqətli kadrlarla əvəz etməsə, gələcəkdə onun üçün arzuolunmayan nəticələrə gətirib çıxara bilər ”.

Oxşar xəbərlər

Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Nikol Paşinyan yaşadığı mənzili satır
Paşinyanın bahalı qol saatı və ucuz gediş saatı
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Paşinyan BBC-də özünü biabır etdi
“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir”
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"
Aprel məğlubiyyətinə görə ermənilər arasında siyasi qarşıdurma pik həddə - TƏHLİL
Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”
Gürcüstan fövqəladə vəziyyət rejimini uzatmayacaq
Diletant, antixarizmatik, yalançı Paşinyanın hakimiyyət olimpində son payızı
Sarqsyan Paşinyana ismarış göndərib
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Ermənistan parlamentinin vitse-spikeri bloqerin burnunu dağıtdı