Ermənistan sərhəddəki ərazilərimizdən geri çəkilir
17-03-2021, 14:16
171

Ermənistan sərhəddəki ərazilərimizdən geri çəkilir

“Ermənistanda hərbi-siyasi gərginlik bitəndən sonra, Üçtərəfli bəyanatda qəbul edilmiş bütün qərarların icrası həlli mümkün olacaq”.
Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatından sonra Ermənistanla Azərbaycan arasında olan mübahisəli məsələlər barədə danışarkən deyib.
O, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin davam etdiyini, hazırda Qubadlı və Laçın rayonlarında dövlət sərhəddi ilə bağlı dəqiqləşdirilməli yerlərin qaldığını bildirib:
“Qubadlı və Laçın rayonlarında dövlət sərhəddinin dəqiqləşdirilməsi gedir. Artıq sərhəddəki bəzi mübahisəli yerlərdən ermənilər köçürülüb. Hazırda həmin ərazilərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri xidmət aparır. Bu məsələ ilə bağlı yeni qərarlara ehtiyac yoxdur. Mən belə anlayıram ki, sərhədlərin dəqiqləşdirilməsi üçün sadəcə zaman lazımdır. Çünki sərhəd xətlərinin keçəçəyi ərazilər müəyyən komisiya tərəfindən dəqiqləşdirilməlidir. Və bununla əlaqədar dövlət səviyyəli işlər aparılır”.
Hərbi ekspert Ermənistanda nisbi sakitlik olandan sonra bütün məsələlərin həll olunacağını qeyd edib:
“Hələlik Qazaxın işğal altındakı 7 kəndi də ermənilərin nəzarətindədir, Azərbaycana təhvil verilməyib. İndi Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlardan keçən sərhədlər dəqiqləşdirilir, bu istiqamətdə işlər gedir.
Mən düşünürəm ki, Ermənistanla dövlət sərhəddimiz tam dəqiqləşdiriləndən sonra Qazaxın da 7 kəndinin məsələsi həll olunacaq. Çünki üçtərəfli bəyanatda bununla əlaqəli imzalanmış sənəd var. Sadəcə, bu sənədi icra etmək üçün zaman lazımdı. Vaxt gəlib çatanda o məsələlər hamısı öz həllini tapacaq”.
Ş.Ramaldanov Ermənistanın hazırda hökm sürən gərgin siyasi vəziyyətində qərar verilməsinin çətin olduğunu deyib:
“Onu da qeyd edim ki, bu məsələlərin icrasının gecikmə səbəbi Ermənistanda hərbi-siyasi rəhbərliyin vəziyyətinin çox gərgin olmasıdır. Daim daxili-siyasi çəkişmələr və xaricdən olan təsirlərin nəticəsində yaranan vəziyyət qərar qəbul etməyə imkan vermir. İmzalanmış sənəddəki qərarlarla bağlı hər hansı bir fikir qarşı tərəfdə münaqişələri artırır.
Ona görə Ermənistanda vəziyyət sabit olduqdan və hökumət daxildə bütün proseslərə nəzarət ediləndən sonra bu məsələlərin də həllini tapmaq üçün hansısa praktiki addımlar atılacaq. Bu vəziyyətdə hər hansı qərar verməyi mümkünsüz sayıram. Bütün məsələlərin həll olunması üçün bir qədər səbr etmək lazımdır”. (Modern.az)

Oxşar xəbərlər

Ermənistan öz sərhədlərinə qayıdır - Əks halda müharibə başlayacaq
Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ
Ordumuzun Laçın istiqamətində irəliləyişi nə yerdədir? - Polkovnik cavab verdi
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
Ermənilər Laçından qaçır - BBC
Ermənilər Laçını tərk edir
Moskvada üçtərəfli görüş: 10 noyabr Bəyanatı müzakirə olundu
SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verə bilərmi? - “Hakimiyyət dəyişsə...“
Azad olunmuş ərazilərdə dövlət sərhədi təcili müəyyənləşməlidir, əks halda...
“Qarabağ Azərbaycanın tərkibindədir, Ermənistan yalnız Laçın dəhlizindən istifadə edəcək” – Hərbi ekspert
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı
Düşmən yeni təxribatlara hazırlaşır? – Polkovnik
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Laçın-Şuşa yoluyla Rusiyaya məxsus “Qrad” daşınır?
Ermənistanla sərhəddə son vəziyyət: “Cermukdan 12 kilometr məsafədədir”
Müdafiə Nazirliyi: “Ermənistanla sərhəd zastavası atəşə tutulmayıb“
Qarabağda yeni avtomobil yolu çəkilir
Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ bir qədər fərqlidir”
Rusiya fakt qarşısında: Bu əraziləri qaytarmalıdır – MDB məkanında yeni gərginlik
"Qarabağda Azərbaycanın qaydaları işləyəcək” - Nöqtə qoyuldu!
"Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir"
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
“Qarabağla bağlı bəyanatda gizli əlavələr yoxdur” - Lavrovdan açıqlama
Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq? - VİDEO
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
Ayvazyan bu gün Moskvada Lavrovla görüşəcək
Azərbaycanda əsgərlik 2 il olacaq? - Polkovnikdən AÇIQLAMA