ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanı Novruz bayramı münasibətilə təbrik edib.
Bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yer alıb:
“Bu gün Azərbaycan ən əziz bayramlarından birini - Novruz bayramını qeyd edir. Novruz insanların gələn baharı qarşılamaq üçün bir yerə toplandıqları bayramdır. Səfir Litzenberqer Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir və qarşıda daha parlaq günlər gözləyir”.