Türkiyə Mərkəzi Bankının sədr müavini Murad Çətinkaya işdən çıxarılıb.
Bu barədə Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərara əsasən M.Çətinkayanın yerinə Mustafa Duman təyinat alıb.
Qeyd edək ki, martın 20-də Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbal vəzifəsindən azad edilib. Onun yerinə isə keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.