"Boko Haram" qruplaşması Nigeriyanın şimal-qərbindəki bir neçə kəndə hücum təşkil edib.
Hücum nəticəsində 60-dan çox dinc sakin öldürülüb.
Qeyd edək ki, "İslam dövlətinin Qərbi Afrika vilayəti" kimi tanınan radikal islamçı "Boko Haram" terror qruplaşması mütəmadi olaraq Niger, Nigeriya, Kamerun və Çada hücumlar təşkil edir.
Qruplaşma üzvləri Qərbin təhsil modelinə qarşı çıxır və şəriətin ölkə daxilində tətbiqinə təkan verirlər.