Türkiyənin İzmir şəhərinin Foca rayonunun Mersinaki məntəqəsində KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Təyyarədəki iki pilot sağ xilas olub.
Hadisənin səbəbi araşdırılır.