Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
2-06-2020, 09:30
203

Paytaxtın orta məktəblərində dərslər bərpa olunur

Çində epidemioloji vəziyyətin yaxşılaşması fonunda təhsil ocaqlarında dərslərin bərpası prosesi davam edir.

Paytaxt Pekinin təhsil komitəsinin daha əvvəldən verdiyi qərara əsasən, iyunun 1-də orta məktəblərin 7, 8, 10 və 11-ci siniflərində dərslər bərpa olunub. Ümumilikdə mindən çox orta məktəbdə 400 mindən çox şagird dərslərə başlayıb.

Səlahiyyətli qurumun qərarına uyğun olaraq, iyunun 8-də 4 və 5-ci siniflərdə, habelə uşaq bağçalarında dərslər bərpa olunacaq. Hələlik 1, 2 və 3-cü siniflərdə dərslərin bərpası vaxtı açıqlanmayıb. Paytaxtın ümumi orta (VII-IX siniflər) məktəblərin sonuncu sinifləri üzrə dərslərə mayın 11-də, tam orta (X-XII siniflər) məktəblərin buraxılış siniflərində isə aprelin 27-də start verilib.

Təhsil Nazirliyinin qərarına əsasən, şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri, sosial məsafə saxlamaları məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqları ayrılmasını tapşırıb.

Qeyd edək ki, dekabrın son günlərində Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirus yanvar və fevral ayında ölkədə sürətlə yayılıb. Mart ayından başlayaraq Çində epidemioloji vəziyyətin yaxşılaşması ilə mərhələli şəkildə təhsil ocaqlarında dərslərin bərpasına başlanılıb. İlk növbədə ümumi orta və tam orta məktəblərin buraxılış siniflərində dərslər bərpa olunub. (AZƏRTAC)

Oxşar xəbərlər

Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
İranda orta məktəblərdə dərslər bərpa edilir
Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Niderlanddan gözlənilməz COVID-19 qərarı
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Dərslərin başlanma vaxtı məlum oldu
Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
I sinfə şagird qəbulunun vaxtı bitdi
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Kolleclərə də sənəd qəbulu başlayır
Abituriyent və subbakalavrların nəzərinə
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR