"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
3-06-2020, 09:00
264

"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA

Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyində baş verən son dəyişiklik Rusiyada narazılıqla qarşılanıb.
CBu barədə Ermənistanın “İrates” qəzeti məlumat yayıb. Mənbə qeyd edir ki, oyuncaq Dağlıq Qarabağ Respublikasının yeni rəhbəri Araik Arutunyanın Maisis Mailyanı kompromis əsasında yenidən “xarici işlər naziri” təyin etməsi Moskvada pis qəbul olunub. Qeyd edək ki, Masis Mailyan amerikalı milyarder Cors Soros tərəfindən yaradılmış “Açıq Cəmiyyət” Fondunun təmsilçilərindən sayılır. “Soros məktəbinin ölümsüzlüyünü nümayiş etdirməyə çalışdığı Masis Mailyanın Armen Qriqoryanla "mərasim" söhbəti daha pis qarşılanıb. Bundan başqa, Rusiya daim erməni tərəfinə hazırda Dağlıq Qarabağın “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsini icra edən Samvel Babayanla və Masis Mailyanla problemlərinin olduğunu açıq şəkildə bildirib.
“Üstəlik, Rusiya bu günə qədər Mailyan və Babayanın Rusiya üçün arzuolunmaz şəxslər olduğunu, onlara Rusiyaya giriş qadağası qoyulması barədə məlumatları rəsmi şəkildə inkar etməyib. Bu təyinatları Rusiyaya qarşı demarş hesab etsək, onun həqiqi ünvanı Nikol Paşinyandır”-deyə qəzet yazır.
Buna baxmayaraq, “Hraparak” qəzeti Masis Mailyanın Samvel Babayana qarşı olduğunu yazır. Araik Arutunyanla anlaşmaya gedərək bir komandada təmsil olunmasına baxmayaraq, M.Mailyan S.Babayanla düşmən münasibətdə olan Artur Osipyanı dəstəkləyir.
Qeyd edək ki, Artur Osipyan 2018-ci ildə Xankəndi şəhərində Bako Saakyan rejiminə qarşı etiraz aksiyalarına başçılıq edib. Xatırladaq ki, Samvel Babayan Laçının və Şuşanın işğalına rəhbərlik edib. Sonradan qondarma rejimin müdafiə naziri olub və 2004-cü ildə separatçıların rəhbəri Arkadi Qukasyanı silahlı yolla devirməyə cəhd etdiyinə görə 14 il müddətinə həbs edilib. O, 4,5 il həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Hazırda Paşinyana yaxın olan Arutunyanın Babayanla ittifaqa gedərək Köçəryan-Sarkisyan cütlüyünə qarşı güclənməsi Qarabağ klanının parçalanması ilə müşahidə olunur. Bu isə Rusiyanın maraqlarına cavab vermir.

Oxşar xəbərlər

İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Şok: İnqilabların “xaç atası” İrəvanda “dollar” paylayır
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Həmsədrlər Qarabağa səfər edəcəklər
Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 274-ə çatdı
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
"Bu bazanı itirmək çox acınacaqlı olardı” - Lavrov
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ