Minsk qrupu niyə ləğv olunmur?
15-04-2021, 17:40
62

Minsk qrupu niyə ləğv olunmur?

ATƏT-ın Minsk qrupunun yatradılmasından 29 il ötür. Bu başabəla qurum 1992-ci ilin martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün təsis edilib. Lakin bu illər ərzində Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi.
Azərbaycan işğalda olan torpaqlarını Minsk qrupunun fəaliyyəti xaricində düşməndən azad etdi. Belə olan halda bu qurumun fəaliyyətinə nə ehtiyac var?
Politoloq Qabil Hüseynli Modern.az-a Minsk qrupunun yarandığı andan ermənilərə tərəf mövqe tutduğunu söyləyib:
“Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın İkinci Qarabağ müharibəsi zamanı necə bir həyasızlıq göstərdiyinin şahidi olduq. Rusiyanın  təcavüzkarlığı da bu gün müzakirə edilir. Ordusunu “sülhməramlı” adı altında Qarabağda yerləşdirdi. Amerika məsələlərdən bir qədər uzaq idi. Lakin bütövlükdə Amerika da 30 il ərzində ortaya sağlam bir mövqe qoymadı.
Yəni Minsk qrupu problemin beynəlxalq hüquq normalarına və beynəlxalq münasibətin tələblərinə uyğun həll edilməsinə səy göstərmədir”.
Politoloqun sözlərinə görə, Minsk qrupu 30 il müddətində problemi sadələşdirmək, həll səviyyəsinə qaldırmaq əvəzinə, onu daha da mürəkkəbləşdirdi:
“Çünki onlar açıq şəkildə ermənipərəst mövqe tuturdular. Hazırda Azərbaycan tərəfi onların xidmətini və bu qrupun yenidən dirçəlməsini, sülh yaratmaq səlahiyyəti daşımasını istəmir. 
Minsk qrupunun ləğv olunmamasına səbəb isə təmsilçiləri olan dövlətlərin və  ATƏT-in özündə olan müəyyən qüvvələrin onları qorumasıdır”.

Oxşar xəbərlər

İlham Əliyevdən ATƏT-in MİNSK qrupuna: Onları dayandıran yoxdur
Azərbaycan Rusiyanın qarşısına şərt qoyub
Mayk Pompeodan Qarabağla bağlı ÇAĞIRIŞ
Həmsədrlər Qarabağda eyş-işrətdə - Video
“Minsk qrupu o vəziyyətdədir ki, hətta Araik Arutyunyan kimi bir quldur da...”
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İlham Əliyev həmsədrləri qəbul edib
Həmsədrlər Qarabağa səfər edəcəklər
Minsk qrupu nə zaman ləğv edilir - AÇIQLAMA
“Minsk qrupu Ermənistan üçün çalışır” - Qafqazda xristian təəssübkeşliyi...!
Minsk qrupunun həmsədrləri Yerevanda səfərdədir
Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”
Ərdoğan Minsk qrupunu tənqid etdi
“Putin münaqişənin məhz hərbi yolla həllini ehtimal edirdi”
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
“Fransa rədd olmalıdır, Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır” - Millət vəkili
Rusiya mediasından Cenevrə görüşü barədə YENİ MƏLUMAT
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri
“Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” - AÇIQLAMA
"Şuşada yallı gedən Ermənistana..." - ATƏT-in Minsk qrupu özünü təlxək yerinə qoyub?
Qarabağın statusu haqda Rusiya XİN-dən açıqlama
Moskvada Qarabağ münaqişəsi müzakirə edilib
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
"ATƏT-in Minsk qrupundan təkliflər gözləyirik" - Prezident
“Putinin müdaxiləsi və səyləri olmasaydı...” - İlham Əliyev
İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
Fransa üçün Qarabağ yaddan çıxdı?
“Minsk qrupunun nəticəsi sıfra bərabər olub” - Prezident
"Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü"
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu