“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
16-04-2021, 17:10
67

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO

Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə  istehsal olunmuş "Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
 
Kinorejissor Fariz Əhmədovun "Sonuncu” sənədli filmi festivalın "Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
 
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
 
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
 
Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.
 
2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.
 
Film haqqında qısa məlumat, treyler və fotolar artıq festivalın rəsmi saytında da yerləşdirilib.
 
Link: //iffr.com/nl/2021/films/the-last-one
 
Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.
 
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub. 
 
//www.thelastonethemovie.com/ 
 


Oxşar xəbərlər

Vətən müharibəsi haqda sənədli film hazırlandı - VİDEO
Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..
Koronavirusa görə Kann Film Festivalı ləğv edildi
Azərbaycan əsilli fransız aktyor koronavirusdan öldü
Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq – VİDEO
Qadın zorakılığını bütün çılpaqlığı ilə ortaya qoyan FİLM + VİDEO
"Netflix"in ilk Azərbaycan filmi - VİDEO
Qorbaçov kimsəsiz qalıb: Baxanı yoxdur – Video
Azərbaycanda yeni film çəkilir
Yayda "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq (RƏSMİ)
Polad Həşimovla bağlı film çəkilir
Özcan Dəniz karantində film çəkir
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL
Əlindəki fənər onu ölümdən qurtardı - Video
Azərbaycan kanalında ciddi nöqsan - Video
Özgü Namal 6 il sonra ekranlara qayıtmağa qərar verdi
Cəmil Quliyevə ağır itki
“Atam haqda çəkilmiş filmi məmurlar “brak” etdilər” - Sevil Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Tom Kruzdan inanılmaz layihə: Açıq kosmosda film çəkəcək
Türkiyədə Polad Həşimova film həsr olundu - VİDEO
Şəhid Ağabəyin anası: “Deyirdi, gələn kimi evlənəcəm” - VİDEO
Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
Ərdoğandan Qarabağla bağlı vacib TAPŞIRIQ (VİDEO)
“Putinin sarayı”nın sahibi tapıldı
“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva
AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?
Amerikalı jurnalistin Türkiyədə sirli ölümü ilə bağlı görüntülər yayılıb