“AstraZeneca” qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA/ VİDEO
16-04-2021, 19:44
112

“AstraZeneca” qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA/ VİDEO

“AstraZeneca” peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, “AstraZeneca” “Sрutnik V” və “CoronaVac” peyvəndindən daha keyfiyyətlidir:
“AstraZeneca” peyvəndi yüksək səviyyəli peyvənddir. Britaniyada milyonlarla insana bu peyvənddən vurulub. Bəli, onun əks təsirləri ola bilir. Müəyyən edilmişdi ki, trombositlərin sayı aşağı olan insanların beyninin əsas venalarında tromboz halları baş verir və bu da insultlara gətirib çıxara bilir.
Ola bilsin ki, buna görə peyvənd vurulmazdan əvvəl bəzi şəxslər yoxlansın və belə onlarla bağlı müəyyən hazırlıq tədbirləri görülsün. Amma bu, kütləvi hal daşımadığı üçün belə epizodlara görə müasir texnologiya ilə hazırlanmış peyvəndi qaralamaq, ona qarşı kampaniya aparmaq qətiyyən düzdün deyil. Hər halda “AstraZeneca” Rusiyanın “Sрutnik V”, Çinin “CoronaVac” vaksinindən qat-qat yüksək texnologiya ilə hazırlanmış peyvənddir”.
Türkiyəli həkim Muhammed Akkoyunlu isə qeyd edib ki, “AstraZeneca” peyvəndinin istehsalçısı yan təsirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməlidir:
“AstraZeneca” peyvəndinin yan təsirləri ilə bağlı yayılan məlumatlara istehsalçı şirkət və distribyutor tərəfindən aydınlıq gətirilməlidir. Əgər bu peyvənd yüz milyonda bir ölümə səbəb olarsa və eyni zamanda virusun qarşısını alarsa, o zaman ondan istifadə edilməsinə icazə verilə bilər. Peyvəndin trombozlar yaratması, bu halların neçə faiz olması və s. kimi qaranlıq qalan məlumatlarla bağlı isə istehsalçılar tərəfindən məlumat açıqlanmalıdır”.



Oxşar xəbərlər

Almaniya Prezidenti vaksinasiya olundu
Britaniyada ilk peyvənd 82 yaşlı qocaya vuruldu
Böyük Britaniyada "AstraZeneca" vaksini vurduran 7 nəfər dünyasını dəyişdi
Koronavirus əleyhinə peyvənd ilk dəfə uşaqlar üzərində sınanacaq
Tibb bacısı koronavirus əleyhinə vaksin vurulduqdan sonra vəfat edib
Avstriyada vaksinasiyadan sonra ölənlərin sayı 63-ə çatdı
“Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”
ÜST vaksinasiya ilə bağlı dünya ölkələrinə çağırış etdi
Böyük Britaniyada koronavirus vaksininin sınaqları başlayıb
Azərbaycan Rusiya vaksini ilə bağlı QƏRAR VERDİ
Merkel peyvənddən niyə imtina edib?
Koronalı xəstələr xəstəxanalara rüşvətlə yerləşdirilir? - Adil Qeybulla danışdı
Peyvəndləmə davamlı və üstün immunitet qazandırır - Tədqiqatçı alim
Kraliça II Elizabet koronavirus peyvəndi vurdurdu
“Yanvarın 18-dən bəzi qadağalar götürülə bilər“ - AÇIQLAMA
Hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki... - HƏKİM RƏYİ
Çindən Azərbaycana koronavirus vaksininin növbəti partiyası gətirildi
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Peyvənddən sonra mütləq buna əməl edin
Çin peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
“Yeni silsiləvi viruslara hazır olmalıyıq” - Türkiyəli professor
Hande Harmancıdan vaksinlə bağlı AÇIQLAMA
“Pfizer”/“BioNTech” peyvəndi ölümə səbəb olur? -  ÜST-dən açıqlama
Professordan bədbin proqnoz: Peyvəndləmə pandemiyanın sonu deyil
Peyvəndi hansı saatlarda vurdurmaq lazımdır? - Mütəxəssis rəyi
Nə qədər insana koronavirus əleyhinə peyvənd vurulub? - Bloomberg
Azərbaycana bu vaksinlərdən gətirilə bilər - ADLAR
COVAX Azərbaycana vaksinlərin ilk partiyasını GÖNDƏRDİ
Aprelin 1-dən karantin sərtləşdirilir? - "Mütləq sərt tədbirlərə gedilməlidir"
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir