Ermənistanda ölən hərbçiyə qarşı münasibət qalmaqal yaratdı
19-04-2021, 14:54
36

Ermənistanda ölən hərbçiyə qarşı münasibət qalmaqal yaratdı

Hadrut döyüşləri zamanı öldüyü iddia olunan erməni hərbçi Robert Karapetyana medalı taksi sürücüsü təqdim edib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə özünü Karapetyanın xalası kimi təqdim edən Hasmik Martirosyan öz feysbuk hesabında açıqlama verib. O qeyd edib ki, hərbçiyə təltif olunan medalı bir taksi sürücüsü şəhərdə görüşərək ailəsinə təqdim edib. 
“Başa düşürsünüz ki, bu şəkildə verilən təltifnamə minnətdarlıq deyil, bir ailənin üzünə atılan mərhəmət kimidir? Başa düşürsünüz ki, bununla siz ailənin ölən övladının xatirəsini anmırsınız, insanların kədərini təhqir edirsiniz? Mən bilmirəm, siz bunu necə başa düşürsünüz?!”,- deyə Martirosyan qeyd edib.
Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük ajiotaj yaradıb. Sosial şəbəkə istifadəçiləri Ermənistanda ölən hərbçilərə və ailələrinə qarşı artıq mütəmadi hal alan laqeydsizlikdən şikayətləniblər.
Xatırladaq ki, daha əvvəl Qarabağda döyüşlərdə ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməmişdilər. Onlar medala və onun təqdim olunma qaydasına etiraz etmişdilər. Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

Oxşar xəbərlər

Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - FOTO
Ermənistanda ölən əsgərlərin cəsədləri qohumlarına 1000 dollara satılır – İRƏVANDA QALMAQAL
Ermənistanda 3 günlük matəm elan olundu
Ölən və yaralanan erməni əsgərlərin anaları hökumətdən maddi yardım istəyir
Ermənilərin öz hərbçi cəsədlərinə biganəliyi: Qafan morqunda dəhşət (VİDEO)
72 əsgərin ölümündə günahkar bilinən keçmiş hərbçi həbs olundu - Ermənistanda
Qarabağda ölən 655 erməni hərbçinin cəsədi ailələrinə verilib
Oğlu döyüşdə ölən erməni jurnalistdən Anna Akopyana: "Şou göstərməyin"
Cəbrayılda 8 erməni hərbçinin cəsəd tapıldı
Ermənistan daha 147 itkisini etiraf etdi
Qarabağda daha 14 erməni hərbçisinin cəsədi aşkarlandı
Düşmən daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Şuşa və Ağdərədə erməni cəsədlərinin axtarışı başa çatdı
Qubadlıda 18 əsgəri ölümə göndərən erməni zabit SAXLANILDI
Şuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb
“Bizi satdılar, minlərlə qurban verdik” - Erməni çempion
Ermənistanda döyüşə getməyənlərin uşaqları girov saxlanılır
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Döyüş bölgəsində 1000-dən çox erməni hərbçinin cəsədi TAPILIB
Qalib Azərbaycan Ordusudur: artıq başa düşdük - Baqdasaryan
Paşinyan Putini aldatdı
Azərbaycanda taksi sürücüsü 8 yaşlı uşağın gözü önündə anasını ZORLADI
Qarabağda erməni polkovnik məhv edildi
Rusiyada mədən çökdü: Ölən var
Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı - AÇIQLAMA
Təkcə Şuşadan 2 min erməni meyiti götürülüb – Ermənistan mediası
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı açıqlanıb
"Ata candır" deyib, silahla atasını ÖLDÜRDÜ
Arayik Paşinyandan döyüşləri dayandırmağı xahiş edib - ETİRAF
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI