Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən“ qovuldu
19-04-2021, 22:37
31

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən“ qovuldu

Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən qovulub.
“Sputnik Armeniya” xəbər verir ki, qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan onu “tutduğu vəzifədən” azad edib.
B.Avakyan aprelin 19-da Yerevanda jurnalistlərə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə “vəzifəsi"ni itirib. Belə ki, o, səlahiyyət həddini aşdığı üçün “tutduğu vəzifədən” uzaqlaşdırılıb: “Boris Avakyan Yerevanda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə görə daxili işlər naziri Karen Sarkisyanın əmri ilə işdən çıxarılıb. Avakyanın səsləndirdiyi fikir və iddiaların çoxunu bölüşmürük. Bundan başqa, söylədiklərinin bir qismi həqiqətə uyğun deyil. Uyğunsuz davranışı və vəzifəsindən sui-istifadə etdiyinə görə Boris Avakyan işdən çıxarılıb”.
Xatırladaq ki, B.Avakyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycanla sülh olmayıb və yoxdur. 25 il bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətin müəyyən qismi elə zənn edirdi ki, biz onlarla artıq sülh şəraitindəyik, məsələ həll olunub. Ancaq bu gün sülh yoxdur. Qarşımızda düşmən ovqatında dövlət var. Biz onunla danışıq aparırıq. Hərbi əməliyyatların keçirilməməsi sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi imzalanmayıb”./Report

Oxşar xəbərlər

Ermənilər Xocalıda 2 min nəfərlik yeni qəsəbə salmaq istəyir...
Vilayət Eyvazov rəis müavinini İŞDƏN ÇIXARDI
Qarabağda döyüşən erməni Gürcüstana QAÇDI
General Qaramyan Yerevanda və Xankəndində hərbi çevrilişə çağırır
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
Sadiq Gözəlov vəzifəsindən azad edildi
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
Əli Həsənovun polis olan daha bir qohumu İŞDƏN ÇIXARILDI
Sumqayıtın polis rəisinin müavini İŞDƏN ÇIXARILDI
Əli Həsənovun DİN-də çalışan qayını işdən çıxarıldı
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - YENİLƏNİB
İşdən çıxarılan rəis Ramiz Mehdiyevin qardaşı oğludur (Foto)
Əli Həsənovun vəzifədən azad edilən qaynı danışdı: “Dövlətə bağlı insanlarıq”
Separatçıların keçmiş “müdafiə naziri“nə Yerevanda vəzifə verildi
Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı (Foto)
Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Nazir polis rəisini vəzifəsindən azad etdi
Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Qondarma rejimin müdafiə naziri vuruldu, vəzifəsindən azad edildi
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Sabiq daxili işlər naziri həbs edildi
Salyan DYP-yə yeni rəis təyin edilib - ƏMR
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
Rusiyadan Qarabağda növbəti anlaşılmaz “görüş” - VİDEO
Nazir bu polis idarəsinin 30-dan çox yüksək rütbəli zabitini İŞDƏN ÇIXARDI
Separatçıların daha bir nümayəndəsi öldü
Minsk qrupunun həmsədrləri Yerevanda səfərdədir
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb