25 yaşlı Qayane Qrantovna Arzumanyan Xankəndindəki Rusiya sülhməramlı kontingentinin rəhbərliyindən kömək istəyir. 
“Everything.kz” saytı xəbər verir ki, erməni qız 2021-ci ilin yanvar ayında Rusiya Müdafiə Nazirliyinin Qarabağda xidmət edən Artyom adlı baş leytenantı ilə görüşüb.
Qızın sözlərinə görə, iki həftəlik görüşdən sonra Artyom ünsiyyəti dayandırıb. Bundan sonra erməni qız bir həftə rus sülhməramlısının harada olması ilə bağlı məlumat ala bilməyib. Sonra Q.Arzumanyan  hamilə olduğunu Artyoma bildirib.
Hazırda 7 həftəlik hamilə olan erməni qızın valideynləri və qohumları müxtəlif orqanlara müraciət etsələr də baş leytenant  olan rus hərbiçini tapa bilmirlər.