Azərbaycan-İran sərhədində bir sərhədçi ölüb.
 “IRNA” xəbər verir ki, bu barədə İran Astarası valisinin siyasi, sosial və təhlükəsizlik məsələləri üzrə köməkçisi Səid Mir Qurbani məlumat verib.
Onun sözlərinə görə, sərhədçini elektrik cərəyanı vurub. “Bu hadisə dünən gecə baş verib. Astaradakı Xanbulağı keçid məntəqəsində ərazini izləmək üçün elektrik dirəyinə çıxan sərhədçini cərəyan vurub və o yerə yıxılıb”.
Sərhədçinin həyatını xilas etmək mümkün olmayıb.