Yunanıstan 35 ölkə üçün sərhədləri açır.
Yunanıstan Avropa Birliyi (AB) üzvləri və Şengen bölgəsindəki ölkələrdən, o cümlədən AB xaricindəki beş ölkədən turistlərin gəlməsinə şərait yaratmaq üçün karantinadan azad olma qərarı verib. Lakin Türkiyə bu siyahıda yer almayıb.
Qeyd edək ki, mayın 1-dən etibarən həmin ölkələrlə sərhədlər açılacaq. Onların vətəndaşları peyvənd kartları və ya CPR mənfi test nəticəsi ilə Yunanıstana girə biləcək və karantin altına alınmayacaqlar.