Ötən gün Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsinin “ağıllı” raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib. Sınaq atışları əvvəlcə “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra “Akıncı” MAM-T raketinə daha əvvəl “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.
Xəbər verildiyi kimi, “Baykar” şirkəti bu ilin əvvəllərindən etibarən “Akıncı” döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.
“Baykar Savunma” şirkətinin “Akıncı” pilotsuz təyyarəsinin MAM-T raketi ilə ilk döyüş atışı həyata keçirdiyinə dair yaydığı görüntülərin ardınca “ROKETSAN” şirkəti də animasiya yayıb. Həmin animasiyada “Akıncı” MAM-T raketi ilə Rusiyanın istehsalı olan “Pantsir” zenit-raket kompleksini necə məhv etdiyi əks olunur. Bu, MAM-T raketinin ilk nümayişidir.
Dərhal görmək mümkündür ki, bu animasiya bir neçə gün əvvəl Rusiyada “Lanset” adlı kamikadze-dronlar istehsal edən “Zara” şirkətinin yaydığı animasiyaya cavabdır. Rusiya şirkəti bəyan edirdi ki, onlar hava sahəsini “minalayan” və pilotsuz təyyarələrə qarşı effektli mübarizə aparmağa imkan verən “Lanset” kamikadze-dronlarını işləyib hazırlayıblar. Həmin dronların tanıdılması üçün hazırlanan animasiyada “Lanset” “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsini “vururdu”. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.
İndi isə “ROKETSAN” öz animasiya filmi ilə tutarlı “cavab zərbəsi” endirir. Şirkətin işləyib hazırladığı MAM-T ağıllı raketi Rusiyanın məhz “Bayraktar”lara qarşı ən güclü müdafiə vasitəsi kimi tanıtmağa çalışdığı “Pantsir-1S” zenit kompleksini kifayət qədər uzaq məsafədən “məhv edir”.
Məsələ bundadır ki, “ROKETSAN”ın müvafiq olaraq 8 kilometr və daha yuxarı mənzilli MAM-L və MAM-C raketləri “Bayraktar”ların döyüş arsenalını təşkil edir. “Bayraktar” hərəsindən iki ədəd olmaqla dörd belə raketlə silahlanıb və Qarabağ müharibəsinin təcrübəsindən də göründüyü kimi, Rusiyanın istehsalı olan aşağı mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfləri yüksək dəqiqliklə məhv edir. Lakin Qarabağ müharibəsinin ardınca Rusiya hərbi ekspertləri və mütəxəssisləri deyirdilər ki, əslində “Bayraktar”lar “Pantsir”lərdən yayına bilməz, çünki “Pantsir” 12-15 kilometr məsafədən hədəfi vura bilir. Baxmayaraq ki, həm Suriyada, həm Liviyada “Bayraktar”lar çoxsaylı “Pantsir”ləri məhv etmişdi.
İndi isə “Pantsir”lərin Türkiyə pilotsuz təyyarələrinə qarşı heç bir müqavimət imkanı qalmır. Çünki MAM-T qanadlı raketi 30 kilometr və daha yuxarı mənzillidir (atış hündürlüyündən asılı olaraq), yəni bu raketləri daşıyan “Akıncı” pilotsuz təyyarələri “Pantsir”lərin əhatə dairəsindən çox-çox uzaqlardan ona həmin raketlə dəqiq zərbə endirə bilər. Başqa sözlə, “ROKETSAN”ın yaydığı animasiya Türkiyə pilotsuz döyüş təyyarələrinin Rusiya zenit-raket sistemləri üçün hələ də əlçatan olmadığını nümayiş etdirir. Eyni zamanda “Akıncı” təkcə yerüstü hədəflərə dəqiq zərbələr endirməyə imkan verən MAM-L, MAM-C və MAM-T raketləri ilə deyil, həm də hava hədəflərini məhv etməyə imkan verən “Bozdogan” raketləri ilə silahlanacaq. Yəni potensial hava döyüşündə “Akıncı” həmin “Lanset”ləri də öz raketləri ilə məhv edə bilər.
Türkiyənin “Akıncı”sı Rusiya “Pantsir”ini 30 kilometr məsafədən “darmadağın edir” - VİDEO
23
aprel
11:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yeni “Bayraqdar”lar sınaq uçuşlarına başlayacaq
Qırıcıları vurur, raket zərbələri endirir... - “Akıncı”nın ilk alıcıları Ukrayna və Azərbaycan olacaq
“Bayraktar” üçün böyük sifariş növbəsi yarandı: Qarabağdan sonra
“Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...” – Rus general
Türkiyənin sürü halında uçan kamikadze-dronları: - 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir
Qarabağda qələbəni şəhidlərimiz qazandırdı, "Bayraktar" vasitədir - Selçuk Bayraktardan möhtəşəm çıxış
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Ermənistanın döyüş texnikalarını məhv edən “Bayraktar” rekorda imza atdı
“Qarabağdakı zəfərin memarı şəhidlərimizdir...”
Qarabağda ölüm saçan silah ABŞ-ı qorxuya saldı - Hərəkətə keçdilər
Almaniya ordusu hökuməti xəbərdar etdi: Qarabağ savaşı təhlil olunur
Azərbaycan ordusunun Mi-17 vertolyotu düşmən tankına zərbə endirir - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
Bayraktar Azərbaycan əsgərlərinə sertifikat verdi - FOTO
Tank bölmələrimiz döyüş atışları icra etdi - VİDEO
İrəvan səmasında Türk pilotsuz təyyarəsi uçmayıb - Müdafiə Nazirliyindən rəsmi açıqlama
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
İsrail “Harop”u təkmilləşdirir: Rus radioelektron sistemi təhlükədə
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
Prezident ordumuzun müasir silahlarından danışdı
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı - “Harop”u modernləşdirir
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO
Ukrayna müharibə astanasında: Zelenski Ərdoğanla görüşə gedəcək
Bayraktar Azərbaycan xalqını təbrik etdi - Foto
Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA
Bayraqdardan möhtəşəm parad paylaşımı - Video
Cəbrayılda düşmənin böyük hərbi kalonu belə məhv edildi - VİDEO
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Çin Azərbaycan Ordusunun gücü haqqında: “Qarabağda gedən müharibə zamanı...”
- Ötən il Azərbaycanda 75 partlayış olub
- "Nəvəm atasının ölümünü bilmir" - Nazpəri Dostəliyeva
- ABŞ-da polis hər il yüzlərlə insan öldürür – Son 8 ilin dəhşətli statistikası
- Mina qurbanlarının sayı açıqlandı
- Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzaladı
- Narkotacir İqbal Mikayılov və …SİNERGİZM…. - Bir adam necə blogger, müxalifətçi, narkotacir, jurnalist, hətta XÜTDƏM ola bilər..?
- "Xaricdəki bloqerlər İranı müdafiə edirlər" - Elman Nəsirov
- Pakistanda məsciddə partlayışda ölənlərin sayı 100-ə çatıb
- “Makedoniyalı İskəndər”in qohumu Elnur Əliyev... - Qaradağ Su İdarəsinin qanunsuz su xətləri...
- Azərin “TikTok“ şousu bağlandı
- Eyfel qülləsi nümayişlərə görə bağlandı
- Fransada etirazçılarla polislər arasında toqquşma olub
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Herrinin konsertdə şalvarı cırıldı
- Anasının öldüyü gün qızı dünyaya gəlib