Rusiyalı jurnalist Füzulidə gördüklərindən dəhşətə gəldi
4-05-2021, 14:10
29

Rusiyalı jurnalist Füzulidə gördüklərindən dəhşətə gəldi

Rusiyanın məşhur "İzvestiya" qəzeti işğaldan azad olunan Füzuli rayonundan reportaj hazırlayıb.

Müəllif əvvəlcə yazır ki, Azərbaycan hakimiyyətinin bu rayonla bağlı irimiqyaslı planları (aeroport tikintisi və s) mövcuddur. Lakin erməni vandalları tərəfindən şəhər büsbütün dağıldığından görüləsi işlərin hələ çox olduğu vurğulanır. "Daşı-daş üstə qalmayan şəhər və ətrafı büsbütün minalanıb. Hər 10 metrdən bir "Mina və sursatlardan qorunun" lövhələri qoyulub", - deyə müəllif yazır. "Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini təqdim etməyi bildirsə də, qarşı tərəf bunu etmir. Bu səbəbdən də biz tərəfdaşlarımızın köməyi ilə bu işləri özümüz həyata keçiririk", - deyə Azərbaycan XİN-dən qəzet əməkdaşına bildiriblər.

Jurnalisti müşayiət edən politoloq Nicat Nəcmiyev bildirib ki, işğaldan əvvəl burada 17 min insan yaşayıb. İşğal başladıqdan sonra əksəriyyət buranı tərk edib getməyə məcbur olub.

Ümumiyyətlə, bütün reportaj boyu işğaldan azad edilən şəhərin necə barbarlıqla məhv ediliyini vurğulanır. Eyni zamanda şəhərdə inşa işlərinə başlanıldığı, aeroport tikintisi barədə məlumat verilir. "Obyektin fundamentini prezident İlham Əliyev qoyub və daha iki aeroport Zəngilan və Laçında inşa ediləcək", - deyə müəllif yazır.

Reportajda əslən Füzulidən olan sakinlərin öz torpaqlarına dönmək istəklərini də müəllif xüsusi qeyd edib. Rayon sakini Sevinc 30 il bundan qabaq məruz qaldıqları zülmü qəzetə xatırladıb - "Axı bizim günahımız nə idi" deyə rus jurnalistə sual edir: "Anamın ən böyük arzusu öz evinə dönmək idi. Lakin qismət olmadı. Bəli, mən bilirəm ki, şəhərdən heç nə qalmayıb. Lakin tək onun havasını udmaq bəs edir. Buradakı işimi, normal həyat şəraitimi qoyub geri dönməyə hazıram. Bilirsiniz, axı ora bizim evimizdir, necə ora dönməyəsən?", - deyə Füzuli sakini bildirib.


Oxşar xəbərlər

Rus jurnalistlər Qarabağda: Ətrafda minlərlə mina var...
Erməni vəhşilikləri İsveçrə teleradiosunda - Video
Məşhur fransız telekanalı Füzulidən reportaj hazırladı - Video
Qarabağdan gedən ermənilər geri qayıtmaq istəmirlər - Ermənistandan reportaj
Slovakiyada Ermənistana qarşı etiraz aksiyası keçirilib
Son əsgərə qədər müharibə - Paşinyanın intiharı
Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
Erməni generalın viran qalan villası – Video
Qarabağın bərpası niyə ləngiyir? - Rəsmi açıqlama
Qarabağda ötən həftə 100 mina aşkarlanıb
Azərbaycanlılar Avropada Ermənistana qarşı kütləvi aksiyalar keçirildi - FOTOLAR
Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO
"Haber Global" Xudavəng monastrında - Xüsusi reportaj
Orada minlərlə mina var, hələ də çıxarmağa davam edirik - Mina təmizləmə üzrə əməliyyat meneceri
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
Azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI
“Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə (VİDEO)
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
"Qarabağa əhali qayıda bilmir" - Sergey Şoyqu
Erməni vəhşiliyi Yaponiya mediasında
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Video
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verə bilərmi? - “Hakimiyyət dəyişsə...“
Ermənilər tərəfindən bu ərazilərin bəziləri minalanıb
“Ordumuz Şuşa və Laçında tarix yazır”
Ermənilərdən Cəbrayılda dünyada görünməmiş murdarlıq (VİDEO)
“Qarabağda müharibə yenidən başlasa, bu dəfə...” - Rus politoloqdan SENSASİON AÇIQLAMA
Prezidentdən Füzuli aeroportu ilə bağlı AÇIQLAMA
Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı — Tuğdan VİDEOREPORTAJ