“Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” - Lavrov nə demək istəyir?
6-05-2021, 23:41
62

“Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” - Lavrov nə demək istəyir?

"Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Görünür, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub. Halbuki, ermənilər harda gəldi minalar basdırıblar. Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb:
"Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur.
Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətləri tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz".
"Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da “”Şəhidlər Xiyabanını” ziyarət etməlidir", - deyə E.Şahinoğlu bildirib.

Oxşar xəbərlər

Sergey Lavrov 8 ildən sonra Suriyada
"Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur" - Lavrov
Çavuşoğluyla Lavrov Dağlıq Qarabağı müzakirə etdi
Ceyhun Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov
Lavrov Pakistana getdi
Lavrov və Ayvazyan Qarabağı müzakirə etdi
Lavrov Azərbaycana gələcək
Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu
Sabah Lavrovla Çavuşoğlu görüşəcək
Rəsmi Moskvadan Türkiyəyə çağırış
Sergey Lavrov: “Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
Lavrov Paşinyanla görüşəcək
“Azərbaycan ərazilərində Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
“Belarusdakı seçkilər ideal keçməyib” - Lavrov
Rusiyadan PKK və Əsədə - Şok çağırış
Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır
Ayvazyanla Lavrov Moskvada görüşəcək
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi
Lavrov Bakıya niyə gəlir? - Səfərin pərdəarxası
Lavrov və Şoyqu Ermənistana gedir
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Lavrov və Zərif Qarabağı müzakirə etdi
“Qarabağla bağlı bəyanatda gizli əlavələr yoxdur” - Lavrovdan açıqlama
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
Lavrov: “Bu, bizim prinsipial mövqeyimizdir”
Lavrovla Ayvazyan arasında görüş başladı