“Qarabağ erməniləri Paşinyanın anasına söyürlər” - Mikael Minasyan
8-05-2021, 11:52
43

“Qarabağ erməniləri Paşinyanın anasına söyürlər” - Mikael Minasyan

"Adamlar “dövlət”dən 68 min dram (təxm. 217 manat- S.L.) alır və çoxları bundan məmnundur. 100-150 min dramlıq (təxm. 318-477 manat) maaş yaxşı hesab olunur. Ordudakı kimi 300 min dramlıq (təxm. 953 manat) əməkhaqqı yalnız  xəyal olunacaq  bir şey sayılır. Sadəcə, “dövlət” sektorundan kənar bir iş yoxdur.  Pulsuz mənzil və digər vədlərə, əsasən tikinti prosesi zamanı adi oğurluq, qohumluq və korrupsiya hekayələri səbəbindən xüsusi bir inam yoxdur...”
Bu sətirlər Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın özünün teleqram-kanalında  təqdim etdiyi yaxın bir dostunun  Qarabağ səfərindən sonra ona yazdığı məktubdandır.

“Hamı yalnız siyasətdən danışır. Mövzunu dəyişdirməyə çalışsan da,  hər şey yenə siyasətə qayıdır. Nikolun (Paşinyanın-S.L.) anasını söyürlər. Bizi (Ermənistandakı erməniləri –S.L.) onu hakimiyyətə gətirdiyimizə və qova bilmədiyimizə görə günahlandırırlar. Araik haqqında susurlar. Ola bilsin, mənimlə - Ermənistandan olan bir yad adamla, ya da başqa bir səbəbdən onu müzakirə etmək istəmirlər. Sülhməramlılara ümid bəsləyirlər. Tezliklə Rusiya pasportlarının verilməyə başlayacağı, Qarabağda bir rus bazası qurulacağı, Putinin Araiklə gizli görüşməsi və bunlara bənzər çox sayda tamamilə inanılmaz konspiroloji şayiələr gəzir. Hər zamanki kimi hər kəs hansısa bir “əmi”nin tezliklə bütün problemləri (yaxşı olar ki, özlərinin birbaşa iştirakı olmadan) mütləq həll edəcəyinə ümid edirlər...
Bir sözlə, qısa desək, Artsaxın tamamilə itirildiyini hiss edirəm...” - deyə  Yuxarı Qarabağdan yenicə qayıtmış erməni M.Minasyana məktubunun davamında yazır. (Moderator.az)

Oxşar xəbərlər

Sarkisyanın kürəkəni Paşinyanı təhqir etdi: “Sən və sürün lənətə gələsiniz, Nikol”
“Nikolun satqın və vələddüzina olması artıq faktdır” – Səfirdən şok ittiham
“Hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb” – Sarqisyanın kürəkəni
Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia
Sarkisyanın kürəkəni Paşinyana qarşı: “Həmişə yalan danışıb”
Ermənistanın müharibə itkilərinin sayı artır
“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” - Erməni səfirdən sensasiyalı açıqlama
Paşinyan Qarabağı 5 milyard dollara satıb - Səfir Minasyandan baş nazirə ittiham
Paşinyan milyonlarla pulu mənimsəyib
Ermənistanın Qarabağ müharibəsində itkilərinin sayı yenidən artıb
Ermənistanın müharibə itkilərinin sayı yenidən artdı
5 gün əvvəl Nikola 4750 əsgərin öldüyü bildirilib - Minasyan
Minasyan: “1 400 nəfər itkin və meyiti tanınmaz hala düşmüş 700 ölü var“
Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?
Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - FOTO
Ermənistan parlamentinin spikeri türk casusu çıxdı - İddia
Ermənistanın kəşfiyyat şefinin gizli Bakı səfəri: “Anlaşma rəsmiləşdirilir” - Şok iddia
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləmədi
Paşinyan erməniləri ölkəsindən didərgin salıb - Kütləvi köç
Ermənistanda sabiq deputata hökm oxunacaq
Sarkisyan yenə sərsəmlədi: “Qarabağ Azərbaycanın olmayacaq“
Serj Sarkisyanın səhhəti pisləşdi
“Xankəndini də itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı
Serj Sarkisyanın partiyası hakimiyyətə iddia etmir - Rəsmi imtina
“Anna Akopyana dedim ki, söyüş söyürlər, ayıbdır” – General Paşinyanın arvadına nələr deyib?
Paşinyan ABŞ dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər
Rusiya erməniləri Paşinyanın istefasını tələb edir
Paşinyana Moskvadan gözlənilməz rəqib gəlir, üstəlik milyarder...
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? – DOSYE
“Texnika vəhşinin əlində bir yığın metaldır” - Rusiyalı politoloq erməniləri təhqir etdi