Paşinyanın təyyarəsi qanunsuz olaraq Rusiyadan hərbi yük daşıyıb
11-05-2021, 16:47
72

Paşinyanın təyyarəsi qanunsuz olaraq Rusiyadan hərbi yük daşıyıb

Ermənistan rəhbərliyi növbəti dəfə beynəlxalq hüquqi normaları pozaraq öz həqiqi simasını göstərdi.
Bu il may ayının 5-də rəsmi İrəvan zirehli gödəkçələrin Rusiyadan Ermənistana gətirilməsini həyata keçirib. Üstəlik, bunu Gürcüstanın hava məkanından istifadə edərək “Bort № 1”in vasitəsi ilə həyata keçirib.
Xatırladaq ki, Gürcüstan Ermənistan Respublikası Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş zirehli gödəkçələrinin öz ərazisindən keçirməsinə imtina etmişdi.

Belə ki, Gürcüstan sərhədçiləri mayın 1-də yük maşınlarında daşınan zirehli gödəkçələrin Rusiya ərazisindən Ermənistana göndərilməsinə icazə verməyiblər.
Martın 5-də Moskvadan göndərilən zirehli gödəkçələrin olduğu iki yük maşını bir aydan çox müddət ərzində Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” nəzarət-keçid məntəqəsinin neytral zonasında qalıb. Martın 28 isə Gürcüstan sərhədçiləri sürücülərin bütün sənədlərini əllərindən alıb.

Sərhəddə bir aydan çox müddətdə qalan yük sonra yenidən Rusiyaya göndərildi.
Görünür Ermənistandakıların ağılına bu məsələnin Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına standartlarına zidd olmasına baxmayaraq, yüklərin “Bort №1”lə daşınmasından daha yaxşı variant gəlməyib.

Bizə məlum olub ki, 29 aprel tarixində “701” qeydiyyat nişanlı “Airbus A319-132” təyyarəsi İrəvandan havaya qalxaraq baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun rəhbərlik etdiyi rəsmi heyəti Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirakını təmin etmək üçün Kazana uçub.
Daha sonra mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, erməni nümayəndə heyətinin Kazandan İrəvana qaytarmalı olan təyyarədə texniki nasazlıq yaranıb və erməni rəsmilərinin başqa bir təyyarədə ölkəyə qaytarılmasına qərar verilib.
Eyni zamanda, sözügedən təyyarə təmir üçün Kazanda qalıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, Ermənistan tərəfi mövcud vəziyyətdən istifadə edərək Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin təşəbbüsü ilə “Bort № 1” təyyarəsini Vladikavkaza göndərərək Ermənistan müdafiə nazirliyi üçün nəzərdə tutulmuş və əvvəllər Gürcüstan ərazisindən Ermənistana buraxılmayan zirehli gödəkçələrin daşınması üçün istifadə edib.
Bildirilib ki, “Bort № 1” mayın 5-də Kazandan havaya qalxıb və Vladikavkaz hava limanına qısamüddətli eniş edib.

Saat 13:17-də təyyarə Şimali Osetiyanın paytaxtına enib, oradan, saat 16:46-da qalxaraq Gürcüstan ərazisindən tranzitlə İrəvana uçub və saat 18:06-da eniş edib.

Beləliklə, erməni tərəfi bir daha humanitar yardım bəhanəsi ilə prezidentin rəsmi təyyarəsindən istifadə edərək bütün hüquqi normaları kobud şəkildə pozub, həmçinin Gürcüstan hakimiyyətinin qadağalarına məhəl qoymayaraq ölkəyə qanunsuz olaraq hərbi məhsulları daşıyıb.
Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, 3 oktyabr 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatları zamanı Ermənistan hökuməti Moskva-İrəvan marşrutu üzrə nəzərdə tutulan rəsmi təyyarədə hərbi məhsulların Gürcüstanın hava məkanından istifadə edərək ölkəyə daşınmasını həyata keçirib.
Bu hərbi yüklərin çatdırılmanı həyata keçirmək üçün Ermənistan baş nazirinin müavini Mher Qriqoryan 3 oktyabrda Moskvaya bir günlük işgüzar səfər edib.(caliber.az)

Oxşar xəbərlər

Yardım adı altında İrəvana hərbi yük daşınır - Tiflis ifşa etdi
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Rusiyalı sülhməramlıların daha 20 təyyarəsi İrəvana endi
Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib
Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü
Gürcüstan vətəndaşlarına Almaniyada iş icazəsi veriləcək
Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA
Rusiyadan Ermənistana silah daşınır
Sülhməramlıların olduğu daha 2 təyyarə Qarabağa yola düşüb
Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Paşinyan Yerevan küçələrinə zirehli geyimli şəxslər çıxarıb
Gürcüstan Ermənistana gedən yolu bağladı
Paşinyan bu dəfə Gürcüstan ərazisinə iddia etdi - FOTO
Zirehli texnikalarımız Ağdama aparılır - VİDEO
Sülhməramlılardan ibarət növbəti karvan Qarabağa yola düşdü - VİDEO
Gürcüstan prezidenti özünü təcrid etdi
Üç gün ərzində Ermənistana gələn sülhməramlıların sayı açıqlandı - VİDEO
“Rusiya Ermənistanın xəyal belə edə bilmədiyi silahlar göndərib”
Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda açıqlama
Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA
“Ərdoğan Putindən müsbət cavab alıb” - Politoloq
Gürcüstan parlamenti önündə aksiya keçirildi
Gürcüstan XİN: “Azərbaycan-Ermənistan gərginliyini narahatlıqla izləyirik”
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
Ermənistandan Gürcüstana “dost” xəyanəti - Hər zaman belə olub...
Düşmənin üç zirehli texnikasını məhv edən igidimiz - VİDEO
Gürcü nazirdən Ermənistana ULTİMATUM
Horadizdən qaçan ermənilərin tərk etdiyi zirehli texnikalar - VİDEO
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”