İranda prezident seçkilərinə qeydiyyat başladı
11-05-2021, 20:41
52

İranda prezident seçkilərinə qeydiyyat başladı

İranda qarşıdakı, 13-cü prezident seçkiləri üçün namizəd olaraq qeydiyyatdan keçmək istəyənlərin müraciətlərinin qəbulu başlayıb.
Bu barədə Press TV xəbər yayır.
Namizədlər siyahısına daxil olmaq üçün 15 may tarixinə qədər lazımi sənədlər təqdim edilməlidir.
Qanuna görə, onların namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Seçkilərdə iştirak etmək üçün şuranın qəbul etdiyi namizədlərin siyahısı 26-27 may tarixlərində açıqlanacaq.
Müraciət edənlər arasında keçmiş Müdafiə naziri Hüseyn Dehqan, keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Həsən Nami, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC, İran Silahlı Qüvvələrinin elit bölmələri) Baş Komandanının müşaviri Səid Məhəmməd də var.
İranda prezident seçkiləri 18 iyuna təyin edilib. Hazırkı Prezident Həsən Ruhani ardıcıl ikinci dövr vəzifəsində olduğu üçün seçki kampaniyasında iştirak edə bilməz.

Oxşar xəbərlər

"Gələn həftədən İranda vaksinasiya başlayacaq" - Ruhani
İranda məktəblər açıldı
Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani
Həsən Ruhani: "Tankerlərin saxlanılması yalandır"
İranda koronavirusun 4-cü dalğası başladı
Tehran Vaşinqtona sarsıdıcı cavab vəd etdi
Qırğızıstana yeni prezident seçildi
"Tramp ABŞ-ı bədbəxtliyə sürüklədi" - Ruhani
İranda koronavirus qurbanları: 3600-dən çox ölən var
Yeni təhlükəli virus sərhədlərimizə çatdı - İranda da tapıldı
İran dünyaya meydan oxuyur
İranda daha 110 nəfər koronavirusdan öldü
Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır - Ruhani
İranda son sutkada koronavirusdan 82 nəfər ölüb
İranda son sutkada 382 nəfər koronavirusdan ölüb
İranda koronavirusa yoluxanların sayı 1 milyonu keçib
İran Prezidenti Bakıya gəlir
İranda ötən sutkada 213 nəfər koronavirusdan ölüb
"Güvənli xarici vaksin axtarışlarımız davam edir" - Ruhani
İranda bir gündə 77 nəfər koronavirusdan ölüb
İranda bir gündə 98 nəfər koronavirusdan ölüb
Azərbaycanla İran Xudafərinlə bağlı yekun razılığa gəlib - Ruhani
İranda koronavirusdan ölənlərin sayı 46 689 nəfərə çatıb
Prezident İranın xarici işlər nazirini qəbul etdi
İranda ötən sutkada koronavirusdan 232 nəfər ölüb
İranda ötən sutka 347 nəfər koronavirusdan ölüb
İranda təyyarə qaçırmağa çalışdılar, amma...
İranlılar prezidentə etiraz etdi: “Qəhr olsun Ruhani!”
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
İranda daha 152 nəfər koronavirusdan ölüb