Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
11-05-2021, 22:46
61

Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər

İyunun 13-də keçirilməsi nəzərdə tutulan Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna və ya təxirə salına bilər.
Türkiyədə koronavirusla bağlı vəziyyətin ağır olması Formula 1 rəhbərliyini çətin vəziyyətə salıb. Böyük Britaniya hökümətinin koronavirusa görə Türkiyəni “qırmızı zona”ya salması vəziyyəti çətinləşdirib. Britaniyaya gələnlər “qırmızı zona” ölkələrindən geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır ki, bu da britaniyalı Formula 1 funksionerlərinin planlarına daxil deyil. Yeni qanunda idmançılara güzəşt nəzərə alınmayıb.
Formula 1 komandalarından 7-sinin bazası Böyük Britaniyadadır. Almaniya mətbuatının yazdığına görə, hazırda Formula 1 rəhbərliyi bir neçə variant haqda fikirləşir. Hətta Azərbaycanla Türkiyə Qran-Prisinin yerlərinin dəyişdirilməsi də müzakirə olunur. Türkiyə Qran-Prisi ümumiyyətlə ləğv edilsə, onun yerinə yarış İtaliyadakı Mucella avtodromunda təşkil edilə bilər. Hətta Almaniyanın Hokkehaym avtodromunun da adı variantlardan biri kimi səslənir.
Türkiyə Qran-Prisi bu mövsüm ləğv olunan Kanadadakı yarışın yerinə təqvimə salınıb.
Yaxın vaxtlarda Formula 1 rəhbərliyinin məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyevdən "Formula 1"lə bağlı SƏRƏNCAM
Bakının mərkəzi küçələrində parklanma qadağan edildi
Nigar Arpadarainin əvəzinə YENİ TƏYİNAT
Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı
“Təhlükəli virus Azərbaycana da çata bilər“ - Xəbərdarlıq
Türkiyədə peyvəndlərin vurulacağı tarix açıqlandı
Mixael Şumaxerin son durumu açıqlandı
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır?
İranda koronavirusa yoluxma sayı 10 min nəfəri keçdi
Qonşu ölkədə daha 193 nəfər koronavirusdan öldü
Qonşu ölkədə daha 291 nəfər koronavirusdan öldü
“Minlərlə kilometr məsafədən gəlib hegemonluq edənlər...”
Qonşu ölkədə daha 319 nəfər koronavirusdan öldü
İranda koronavirusdan ölənlərin sayı artdı
İranda daha 101 nəfər koronavirusdan öldü
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı artıb
Üç dünya çempionatının ev sahibi məlum oldu
İranda sutka ərzində 128 nəfər koronavirusdan ölüb
İtaliyada yoluxma artdı: Qadağalar sərtləşdirildi
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
Qonşu ölkədə daha 81 nəfər koronavirusdan öldü
Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası  necə polkovnik oldu ?
Çavuşoğlu britaniyalı həmkarı ilə Qarabağı müzakirə edib
İranda bir gündə 98 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
Britaniyada oktyabrın ortalarında günlük koronavirusa yoluxma 49 minə çata bilər
22 yaşlı idmançı yarış zamanı öldü
Türkiyə Braziliyadan uçuşları dayandırır
Paşinyanın “sağ əli”ndən Türkiyə və Azərbaycanla münasibətlərə dair VACİB AÇIQLAMALAR
Paşinyanı niyə istefaya göndərə bilmirlər? - Yeganə çıxış yolu...