İsraillə HƏMAS arasında yeni müharibə: Yüzlərlə yaralı, 50-yə yaxın ölən var + VİDEO
12-05-2021, 10:14
139

İsraillə HƏMAS arasında yeni müharibə: Yüzlərlə yaralı, 50-yə yaxın ölən var + VİDEO

İsraillə Qəzza sektoruna nəzarət edən HƏMAS arasında müharibə davam edir. Son məlumatlara görə, HƏMAS İsrail ərazisinə ötən gün ərzində yüzlərlə raket atıb. İsrail ordusu da Qəzza sektorunda əsasən HƏMAS-ın hərbi qanadının liderləri, silah anbarları, qruplaşmanın qərargah binaları və s. olmaqla onlarla hədəfə zərbələr endirib. Hər iki tərəfdən ölənlərin sayı artır.
İsrail tərəfi HƏMAS-ın raket hücumları nəticəsində indiyədək cəmi 5 mülki sakinin həlak olduğunu açıqlayıb, Qəzzada isə ölənlərin sayı 35-dən yuxarıdır, yüzlərlə yaralı var.  Ölənlərin əksəriyyəti HƏMAS-ın hərbi qanadı olan “İzzədin əl-Qəssam briqadası”nın komandirləri və yaraqlılarıdır. Lakin mülki şəxslər, o cümlədən azyaşlılar arasında da ölənlər var.
Xatırladaq ki, İsraillə HƏMAS arasında növbəti müharibə Qüdsdə Əl-Aksa məscidi ətrafında günlərdir davam edən iğtişaşlar, ərəblərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmalar səbəbindən başlayıb. HƏMAS İsrailə ultimatum verərək təhlükəsizlik qüvvələrini Əl-Aksa məscidi ətrafından geri çəkməyi tələb edib, daha sonra Qüdsü müdafiə etmək üçün “Qüds qılıncı” əməliyyatına başladığını bildirib. İsrail də buna cavab olaraq “Divarların keşikçisi” adlı antiterror əməliyyatına başladığını elan edib.
HƏMAS mayın 10-dan bu yana İsrail ərazisinə 1000-ə yaxın raket atdığını bildirir. O cümlədən mayın 11-də axşam İsrailin mərkəzi rayonlarına, Təl-Əviv istiqamətinə 130-dan çox raket atılıb. HƏMAS-ın atdığı raketlərin əksəriyyətini İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemi havada zərərsizləşdirib, bir çox raketlər isə açıq sahələrə düşüb. Lakin mayın 11-də İsrail ərazisində 3 mülki şəxs raket zərbələrindən həlak olub. Onlarla israilli yaralanıb.
“İzzədin əl-Qəssam” briqadası bildirir ki, ötən gecə yarım saat ərzində İsrailə 100-dən çox raket atıblar, raketlər Təl-Əviv və Ben-Qurion beynəlxalq aeroportu istiqamətinə atılıb. HƏMAS İsrailə 20-120 kilometr mənzilli müxtəlif tipli raketlər, o cümlədən əlqəqayırma raketlər atır.
Raketlərdən biri Eylat və Aşkelon şəhərləri arasında çəkilmiş neft kəmərinə düşüb, o cümlədən neft anbarında yanğın başlayıb. Yanğın hələ davam edir.
Mayın 11-də gündüz saatlarında İsrail aviasiyası Qəzzada HƏMAS-ın ofisinin yerləşdiyi 13 mərtəbəli “Burc-Hanadi” ofis mərkəzini darmadağın edib. Bildirilir ki, hava zərbələrindən yarım saat əvvəl İsrail yerli sakinlərə binadan təcili  evakuasiya üçün xəbərdarlıq edib. Bomba zərbələri nəticəsində bina dağılıb, bu zərbələr nəticəsində ölənlər barədə məlumat yoxdur.
Baş nazir Benyamin Netanyahu bildirib ki, HƏMAS və “İslami cihad” İsrail ərazisinə raket yağdırdıqlarına görə “çox yüksək qiymət ödəməli olacaq”. “Onlar öz qanları ilə bunun əvəzini ödəyəcəklər”,-Netanyahu bildirib.
Müdafiə naziri Beni Hants isə xəbərdarlıq edib ki, hərbçilər Qəzza sektorunda yüzlərlə obyekti vurmağa hazırlaşırlar. “Biz olduqca çox hədəfi vurmağa hazırlaşırıq. Bu, hələ başlanğıcdır”,-o bəyan edib. İsrail ordusunun Baş qərargah rəisi Aviv Kohavi ordunun son bir gün ərzində Qəzza sektoruna 500-dən çox dəqiq zərbə endirdiyini bildirib. Onun məlumatına görə, onlarla fələstinli yaraqlı öldürülüb.
HƏMAS lideri İsmayıl Haniyə isə bildirib ki, onun döyüşçüləri İsrailə zərbə endirə bilib və “qalib gəlib”. “Biz Qüds uğrunda mübarizədə qalib gələ bildik. İndi İsraillə HƏMAS arasında yeni qüvvələr balansı yaranıb. Əgər İsrail münaqişənin eskalasiyasına qərar verərsə biz də buna hazırıq”,-o deyib.
 Ənənəvi olaraq İsraillə HƏMAS arasında növbəti qarşıdurmada fələstinliləri ən çox müdafiə edən ölkə Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğan bir sıra Körfəz ölkələrinin liderləri ilə telefon danışıqları apararaq Fələstinə dəstək koalisiyası yaratmağa çalışır. Türkiyə ictimaiyyəti Qəzza sektoruna zərbələri kəskin pisləyir. (Virtualaz.org)
 

Oxşar xəbərlər

Evə raket düşməsi nəticəsində iki israilli həlak oldu
İsrail tankları Qəzza zolağına zərbələr endirdi
İsrailin hava hücumunda 20 fələstinli ÖLDÜ
İsrail XİN-dən ÇAĞIRIŞ
İsrail tankları Həmasa aid hərbi obyekti atəşə tutdu
İsrail ehtiyatda olan hərbçiləri orduya çağırır
Daha bir ərəb ölkəsi İsraillə barışığa hazırlaşır
İsrail “Harop”u təkmilləşdirir: Rus radioelektron sistemi təhlükədə
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı - “Harop”u modernləşdirir
ŞİDDƏTLİ TOQQUŞMA: İsrailə müharibə elan etdilər
“Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib?” -  “Nezavisimaya qazeta”
İsrail-BƏƏ “sülhsevərliyi”ndən gələn qan iyi -“Tarixi saziş”in arxa planı
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Ermənistanın müharibə itkilərinin sayı yenidən artdı
Düşmənin həlak etdiyi mülki şəxslərin sayı açıqlandı
“Ermənistan qadağan olunmuş silahlardan atəş açıb“ - “Human Rights Watch“
“Azərbaycan Ordusu S-300-lərimizi 15 dəqiqəyə məhv etdi” - erməni general
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
İzmirdə baş vermis zəlzələ nəticəsində ölənlərin sayı 62-ə çatdı
Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Ermənilər mülki əhalimizi “Smerç”lə belə vurub - VİDEO
Xankəndiyə yüzlərlə erməni meyiti daşınır - Video
Üş atəşkəs, üç terror...
Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə, yaralıların sayı 804-ə çatdı
Moskvada koronavirusdan ölənlərin sayı 7 mini keçdi
İranda koronavirusdan ölənlərin sayı 46 689 nəfərə çatıb